Ukrayna hökuməti tərəfindən təsdiqlənmiş 2027-ci il büdcə layihəsi əvvəldən qeyri-real görünür; belə ki, sənəddə müdafiə xərclərindəki 27 milyard dollar (1,2 trilyon qrivna) məbləğində çatışmazlıq nəzərə alınmayıb.
Elchi.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşrinin analitikləri məlumat verirlər.
Məqalə müəlliflərinin qeyd etdiyi kimi, planlaşdırılan büdcə xərcləri 7,271 trilyon qrivna təşkil edir. Bu, 2026-cı illə müqayisədə 113,5%-lik artım deməkdir. Lakin müdafiə maliyyələşməsindəki çatışmazlıq nəzərə alındıqda, xərclər 4,4% — yəni 336 milyard qrivna — azalır.
“Xüsusilə Müdafiə Nazirliyinin büdcəsinə nəzər saldıqda bu fərq daha da diqqətçəkən olur. Hökumət 2027-ci ildə Nazirliyin ehtiyacları üçün 3,762 trilyon qrivna vəsait ayırıb. Bu rəqəm nominal olaraq 2026-cı ilin göstəricisindən 320 milyard qrivna (9,3%) çox olsa da, 27 milyard qrivnalıq çatışmazlıq nəzərə alındıqda, 2027-ci il üçün planlaşdırılan müharibə ilə bağlı xərclər faktiki maliyyələşdirmə tələbatından 19,05% — və ya 885,28 milyard qrivna — az olur ” – nəşrdə qeyd olunur.
Analitiklər vurğulayırlar ki, bu hesablamalarda döyüş əməliyyatlarının hər il getdikcə daha baha başa gəlməsi faktı hələ nəzərə alınmayıb; büdcə çatışmazlığı da məhz bu reallığı açıq şəkildə nümayiş etdirir
Beləliklə, əgər münaqişə 2027-ci il ərzində də davam edərsə, büdcə layihəsində nəzərdə tutulandan qat-qat çox vəsait tələb olunacaq. Bununla belə, həmin vəsaitlərin təmin edilməsi, hətta cari ilin büdcə kəsirinin örtülməsi üçün belə hələ də dəqiq bir plan yoxdur. Üstəlik, ukraynalı jurnalistlər hesab edirlər ki, hakimiyyətin ilkin olaraq növbəti il üçün nəzərdə tutulmuş 90 milyard avro məbləğindəki Aİ kreditindən vəsaitlərin 2026-cı ilə keçirilməsi ilə bağlı təklif etdiyi sxem, 2027-ci ildə dövlət xəzinəsinin doldurulması problemini daha da ağırlaşdıracaq.
Yerli biznesin üzləşdiyi çətinliklər nəzərə alındıqda, vergi və rüsumların artırılması yolu ilə büdcəni gücləndirmək də real variant deyil. Yeganə alternativlər qrivnanın devalvasiyası (bununla da xarici yardımın milli valyutaya çevrilməsinin asanlaşdırılması) və sosial xərclərin azaldılmasıdır.
Yeganə





















