Bundestaqda almaniyalı siyasətçi Fridrix Merts ilə “Almaniya üçün Alternativ” (AfD) partiyasının həmsədri Alis Vaydel arasında gərgin mübahisə yaşanıb.
Elchi.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Mübahisəyə Vaydelin hökuməti miqrasiya, enerji siyasəti və Rusiyaya qarşı “müharibə təbliğatı” məsələlərində tənqid etməsi, həmçinin “Şimal axını” (Nord Stream) boru kəməri vasitəsilə qaz tədarükünün bərpası ilə bağlı çağırışı səbəb olub.
“Siz ötən bazar günü Saksoniya-Anhalt seçicilərinin sizə verdiyi mesajı anlamadınız. Lakin bunun elə bir əhəmiyyəti yoxdur, çünki onsuz da vaxtınız bitib,” – deyə Vaydel kanslerə müraciətlə bildirdi.
Buna cavab olaraq Mers AfD liderini “dağıdıcı qüvvə” adlandırdı və Almaniyanın Ukraynaya dəstəyi davam etdirəcəyini vəd etdi. “Siz kimlərinsə qurban, digərlərinin isə təcavüzkar olduğu rolların tamamilə qrotesk şəkildə dəyişdirilməsi mənzərəsini açıq şəkildə nümayiş etdirirsiniz,” – deyən Mers, Ukraynanın həm də Avropanın azadlığını müdafiə etdiyini vurğuladı. Onun çıxışı dəfələrlə AfD təmsilçiləri tərəfindən kəsildi.
Vaydel daha əvvəl bildirmişdi ki, AfD-nin Saksoniya-Anhalt ştatındakı seçkilərdə qələbəsi Mertsin qeyri-qanuni miqrasiya, açıq sərhədlər və əcnəbilər arasında cinayətkarlığın artması ilə bağlı uğursuz siyasətinin, eləcə də dünyada ən yüksək enerji qiymətlərinə səbəb olan fəlakətli enerji siyasətinin nəticəsi idi.
Siyasətçi həmçinin Mertsi Almaniya üçün “ağır yük” kimi xarakterizə edib. “Heç bir kansler Fridrix Merts qədər populyar olmayan bir vəziyyətə düşməyib; o, Almaniyanın rifah içindəki inkişafı üçün ağır bir yükə çevrilib”, – deyə Vaydel vurğulayıb.
Yeganə





















