Los-Ancelesdə komendant saatı elan edilib

🗓 11.06.2025 10:52 ✍️ "Elçi" qəzeti
Los-Ancelesdə komendant saatı elan edilib

Los-Anceles meri Karen Bass şəhərdə komendant saatı elan etdiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərinin meri Karen Bass qeyri-qanuni mühacirlərə dəstək üçün davam edən etiraz aksiyaları zamanı baş verən hadisələrə görə komendant saatı elan etdiyini açıqlayıb.
Komendant saatının yerli vaxtla 20:00-da başlayacaq və 06:00-a qədər davam edəcəyi və şəhər mərkəzində təxminən 2 kilometrlik ərazidə qüvvədə olacağı öyrənilib.

Şayəstə Hüseynova

Bənzər yazılar