Elchi.az-ın bu günki müsahibi Gənc Tamaşaçılar teatrının aparıcı aktrisası, Prezident mükafatçısı Könül Əbilovadır.

- Könül xanım, gəlin müsahibəyə oxuculara tanışlıq verməklə başlayaq.
- Mən Könül Əbilova 2011-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin Dram teatrı və kino aktyoru sənəti üzrə bakalavr, 2018-ci ildə eyni ixtisas üzrə magistr təhsilini bitirmişəm. Universitetdə oxuduğum vaxtlardan İrəvan Dövlət Teatrında fəaliyyət göstərmişəm. 2015-ci ildən Gənc Tamaşaçılar Teatrında çalışmışam və hazırda aparıcı aktrisa olaraq fəaliyyətimi bu teatrda davam elətdirirəm.
- Niyə məhz aktrisa olmaq qərarına gəldiniz?
- Uşaq yaşlarımdan bu sahəyə həvəsli idim. Məktəb vaxtlarda demək olar ki, bütün tədbirlərdə, və səhnələrdə iştirak edirdim. Ailəmdən bu sahədə heç kəs olmayıb. Anam müəllimə idi, bundan əlavə yaradıcılıqla da məşğul olub. İki kitab müəllifidir. Təəssüf ki, yazdığı romanı davam etdirə bilmədi. Ən böyük arzularımdan biri anam üçün yaradıcılıq gecəsi keçirməkdir.
- Ölkəmizdəki teatrın son durumu sizi qane edir?
- Bəli. Öz teatrımızı nəzərdə tutaraq bunu deyirəm. Teatrımızda balacalar, həm də böyüklər üçün bir birindən maraqlı tamaşalar qurulur.

- Bayaq ananızın ədəbiyyatla məşğul olduğunu qeyd etdiniz.
Heç ağlınızdan keçib, nə vaxtsa ananınız əsətlərlərini teatrda və yaxud digər tədbirlərdə işıqlandırılsın?
- Anamın sırf şeirləri ilə bağlı təqdimat keçirmək istəyirəm. Hansı ki orada şeirlər səsləndirilsin və müzakirə olunsun. Bununla bağlı bəzi danışıqlara başlanılıb. Ümüd edirəm bu arzumu həyata keçirə biləcəm. Həmin şeirlərdən birini təqdim etmək istəyərdim:
Dünyaya gələndən borc içindəyik
Zamana gündəlik gün ödəyirik.
Yasaq meyvələrin "bəhrə - barıdı"
Adəmlə Həvvaya dün ödəyirik.
Ödəyirik göz yaşı göydə buluda,
Ödəyirik könlü də yandırıb - oda;
Həmişə şeytanı salıb qabağa,
Tanrının borcunu son ödəyirik.
Açılmır sübhümüs nə vaxtsa bir dan,
Olum əzablıdır yox olmur bir an;
Torpaqdan yaratdı bizi yaradan,
Öləndə ona da can ödəyirik.
- Gənc aktrisa olaraq gələcəklə bağlı hansı planlarınız var?
- Teatrda özümü daha xoşbəxt hiss edirəm. Məni qane eləyən təklif gələrsə film və serial təkliflərinə razı olaram. Bir çox film və seriallarda da çəkilmişəm, lakin teatr mənə daha yaxındır. Burada aktrisa olaraq özgüvənimi, məsuliyyətimi daha çox hiss edirəm. Səhnə mənim yaxın sirdaşımdır. Bir deyim var sən teatrı yox, teatr səni seçir. Düşünürəm mən də bu sahədə seçilmişlərdənəm. Bu sahədə özümü xoşbəxt hiss edirəmsə deməli səhnə məni seçib.
- Ən çox bəyəndiyiniz və özünüz üçün uğurlu hesab etdiyiniz rol hansıdır?
- Demək olar ki, repertuarların bir çoxunda varam. Bunlardan Nicat Kazimovun "Leyli və Məcnun", Bəhram Osmanovun "Don Kixot", Vaqif Əsədovun "Oqtay Eloğlu",
Mehriban Ələkbərzadənin "V.X.A",
Nofəl Vəliyev "Antiqona",
Nicat Kazımov "Tık-tık xanım", Elşad Rəhimzadə "Mauqli",
Ağalar İdrisoğlu "Aycan" və s qeyd etmək olar. Oynadığım obrazın böyük və kiçik olmasının fərqi yoxdur. Sonuncu dəfə Nicat Kazımovun təşkil elədiyi "Tık-tık xanım" tamaşasında pişik rolu oynadım. Heç bir sözüm olmasa da ən çox sevdiyim obrazlardan biri idi. Vizual, estetik görünüş, plastik həlli, maraqlı geyimi və rəqsləri ilə fərqlənirdi oynadığım obraz. "Tık-tık xanım"dan əlavə Leyli və Məcnun tamaşasında Leylinin rəfiqəsi Gülşad canlandırdım. Orada əslində vizual görünüşüm böyük görünsə də, incəlik qataraq o obraza girmişəm. Mehriban Ələkbərzadə "V.X.A" tamaşasında bir qadın obrazını canlandırdım. Həmin dönəmdə anamı itirmişdim, travma yaşayırdım. Lakin öz dərdimi unudaraq o obraza girə bildim. Orada bir rahatlıq, xoşbəxtlik tapdım sanki. Çünki o rolunu Könül olaraq yox, Anna olaraq oynamışdım. Həmin obrazdan sonra özümü toparlanmağa çalışdım. Kollegalarım da həmin ərəfələrdə mənə çox dəstək göstərdilər.
- Bəs maddi tərəfdən teatr sizi qane edir?
- Əgər bir işi sevirsənsə əvvəl axır o sahədə uğur qazanacaqsan və lazımi məvacibi əldə edəcəksən. Pandemiya vaxtı bir neçə dəfə teatra gəldim, otaqdakı boşluğu görüb çox darıxmışdım. Dildə desəm belə bu sənəti heç vaxt atmaram, ruhən teatrla yaşayıram.
- Qarşıdakı aylarda "Qaraca qız" tamaşası qurulacaq. Bu barədə istəyərdim biraz danışansınız.
- Cənnət Səlimovanın "Qaraca qız" tamaşasında Pəricahan xanımı canlandıracam. Pəricahan xanım Ağcanın anası obrazındadır. Hal hazırda pyesin oxunuş ərəfəsindəyik. Hələki öz obrazımı yaratmağa çalışıram. Pəricahan xanım özündən razı, soyuqqanlı obrazdır. İnanıram ki bu tamaşamız da çox uğurlu olacaq. Nofel Vəliyev tamaşada ikinci rejissor olaraq iştirak eləyir. Bundan öncə "Antiqona" tamaşasında rol oynadım. Həmin tamaşada da sözlərim olmasa da, vizual görünüş və yaratdığım obraz maraqlı idi.
- Boş vaxtlarda məşğuliyyətiniz nə olur?
- Boş vaxtlarımda kitab oxuyuram. Mütaliə etməyi, film izləməyi, idmanla məşğul olmağı və gəzməyi çox sevirəm. Çalışıram boş zamanımı səmərəli keçirdim.
- Burda diplomlarınızı görürəm, fəaliyyətinizdə diplomların əhəmiyyəti nə dərəcədədir?
- Sənətlə məşğul olan insan üçün onların əhəmiyyəti böyükdür. Diplomlar bizə, sənətimizə, zəhmətimizə verilən dəyər əsasında təqdim olunur.
Ən sevindirici məqamlardan biri keçən ildə Prezident mükafatına layiq görülməyim oldu. Buna mənəvi ehtiyacım var idi. Məni bu mükafata layiq bildikləri üçün rəhbərliyimə öz təşəkkürümü bildirirəm.

Havar Şəfiyeva