Kolumbiyada qızılın qeyri-qanuni yolla çıxarıldığı mədəndə baş verən uçqun nəticəsində 14 nəfər həlak olub, 7 nəfər isə xəsarət alıb.
Elchi.az xəbər verir ki, hadisə Kolumbiyanın Narinyo departamentində, El Çambero və Bellavista yaşayış məntəqələri arasında yerləşən mədəndə baş verib. Rəsmilər ərazidən qeyri-qanuni qızıl hasilatı üçün istifadə edildiyini təsdiqləyərək, 14 nəfərin həyatını itirdiyini, 7 nəfərin isə yaralandığını bildiriblər.
Narinyo qubernatoru Luis Alfonso Eskobar qurbanların ailələrinə həmrəyliyini ifadə edərək deyib: “Bizim əsas prioritetimiz insan həyatını qorumaq, ailələrin yanında olmaq və bu ağır fövqəladə hadisəyə vaxtında reaksiya verməkdir”.
Şayəstə





















