“The War Zone”: Avropada münaqişə baş verəcəyi təqdirdə, ABŞ minlərlə aerostat yerləşdirə bilər.
Elchi.az xəbər verir ki, ABŞ Ordusu Avropada ehtimal olunan hərbi münaqişə zamanı yüzlərlə yüksək hündürlükdə uçan aerostatdan istifadə etməyi planlaşdırır. Bu barədə ABŞ Ordusunun briqada generalı Stiven Karpenterə istinadən “The War Zone” nəşri məlumat yayıb.
Məqalədə qeyd olunur ki, “Avropa ssenarisində” şərq istiqamətinə yüzlərlə, bəlkə də minlərlə aerostat göndərilə bilər.
Karpenter bildirir ki, bu aerostatlar təkcə “aldadıcı hədəflər” (yalançı hədəflər) kimi deyil, həm də rabitə ötürücüsü, elektron kəşfiyyat vasitəsi və hətta hava zərbələrinin endirilməsi üçün platforma qismində xidmət edəcək.
Daha əvvəl “Politico” nəşri xəbər vermişdi ki, NATO Rusiya ilə ehtimal olunan müharibə zamanı tələb oluna biləcək qüvvə və silahlarla bağlı müzakirələrə başlayıb. Nəşrin məlumatına görə, üzv dövlətlər 2029-cu il üçün müdafiə imkanları ilə bağlı hədəflər müəyyənləşdirmək niyyətindədirlər; iddialara görə, bu tarix belə bir qarşıdurmanın baş verə biləcəyi mümkün zaman çərçivəsi kimi götürülüb.
Şayəstə





















