Kanadanın qadınlardan ibarət hokkey millisi dünya çempionu olub

🗓 15.04.2024 14:21 ✍️ "Elçi" qəzeti
Kanadanın qadınlardan ibarət hokkey millisi dünya çempionu olub
Kanadanın qadınlardan ibarət hokkey millisi ABŞ-nin Nyu-York şəhərində keçirilən dünya çempionatının qalibi olub. Elchi.az xəbər verir ki, finalda ABŞ yığması ilə qarşılaşan kanadalılar əlavə vaxtda vurduqları qolla 6:5 hesablı qələbəyə seviniblər. Üçüncü yer uğrunda görüşdə Finlandiya Çexiyaya qalib gəlib - 3:2. Qeyd edək ki, Kanada millisi 13-cü dəfə dünya çempionu olub. ABŞ-nin hesabında 10 titul var. Şimali amerikalılardan başqa heç bir komanda mundialı qazanmayıb. Havar Şəfiyeva

Bənzər yazılar