İsrailin blokada altındakı Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 2 min 450-yə yüksəldiyi bildirilib.
Elchi.az xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyinin açıqlamasında , HƏMAS-ın silahlı qanadı İzəddin Qəssam Briqadalarının blokada altındakı Qəzza zolağından İsrailə qarşı başlatdığı ‘Əqsa tufanı’ hücumundan sonra Fələstin tərəfindəki itkilər barədə məlumat verilib .
Hücumda ölənlərin sayı 2 min 450 olaraq açıqlanıb.
Nuranə Məmmədova