Birləşmiş Ştatlar Qəzza zolağında münaqişədə iştirak etmək üçün qoşun göndərmək imkanını təkzib edib. Elchi.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi “Fox News”ə bildirib.
Eyni zamanda, Kirbi aydınlaşdırıb ki, Birləşmiş Ştatlar qeyd olunan ərazidə girovları azad etmək üçün ölkə qüvvələrindən istifadə etmək imkanını istisna etmir.
Qeyd edək ki, bundan əvvəl ABŞ Qəzza zolağından olan qaçqınları qəbul etməməyə çağırıb. Florida qubernatoru Ron DeSantis Ayova ştatında Respublikaçıların prezidentliyə namizədliyi üçün çıxışı zamanı ABŞ-ın Qəzza zolağından olan mühacirləri qəbul etməməli olduğunu bildirib.
Havar Şəfiyeva