İsrail ordusunun bəyanatında deyilir ki, HƏMAS ilə atəşkəs “vasitəçilərin girovların azad edilməsi prosesini davam etdirmək səyləri fonunda və razılaşmanın şərtlərinə uyğun olaraq” davam edəcək.
Elchi.az xəbər verir ki, İsrail ordusu açıqlamasında bildirib ki, HƏMAS ilə atəşkəs “vasitəçilərin girovların azad edilməsi prosesini davam etdirmək səyləri fonunda və razılaşmanın şərtlərinə uyğun olaraq” davam edəcək.
İsrail və HƏMAS arasında toqquşmalarda humanitar fasilənin son günündə HƏMAS daha 10 israilli və 4 taylandlı girovu azad edib.
İsrail buna cavab olaraq 16-sı uşaq və 14-ü qadın olmaqla, ümumilikdə 30 fələstinli məhbusu azad edib.
HƏMAS bu yaxınlarda Rusiya vətəndaşlığı olan iki israillini azad etmişdi. Girov qadınları İsrailə Qırmızı Xaç Cəmiyyəti gətirib.
HƏMAS Moskvanın tələbi ilə sözügedən iki şəxsi azad etdiklərini açıqlayıb.
Nuranə Məmmədova