ABŞ-ın ən mübahisəli və nüfuzlu xarici işlər nazirlərindən biri olan Henri Kissincer 100 yaşında dünyasını dəyişib.
Elchi.az xəbər verir ki, Kissinger Associates siyasi məsləhət şirkəti tərəfindən verilən açıqlamada keçmiş diplomatın Konnektikutdakı evində vəfat etdiyi bildirilib.
Kissencer 1973-cü ilin sentyabrından 1977-ci ilin yanvarına qədər Riçard Nikson və Cerald Fordun prezidentlikləri dövründə ABŞ dövlət katibi vəzifəsində çalışıb.
O, həmçinin 1969-1975-ci illərdə Milli Təhlükəsizlik Müşaviri vəzifəsində çalışıb.
Kissincer 1974-cü ildə Türkiyənin Kipr əməliyyatı zamanı ABŞ dövlət katibi olub.
Nuranə Məmmədova