İsrail Qəzzaya daha 10 min hərbçini cəlb edir

🗓 21.08.2014 23:20 ✍️ "Elçi" qəzeti
İsrail Qəzza zolağında hərbi əməliyyatın keçirilməsi üçün daha 10 min ehtiyatda olan hərbçini orduya çağırıb.img1612354
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail hərbi komandanlığındakı mənbə bildirib.
“Ordu siyasi rəhbərlikdən əvvəllər səfərbər olunan 20-25 min hərbçiyə əlavə daha 10 min ehtiyatda olan hərbçinin xidmətə çağırılması ilə bağlı göstəriş alıb”, deyə mənbə bildirib.
Qeyd edək ki, bundan əvvəl BMT Təhlükəsizlik Şurası Qəzza zolağında hərbi əməliyyatların yenidən başlanması ilə bağlı narahatlığını ifadə edərək münaqişə tərəflərini atəşkəsə çağırıb.

Bənzər yazılar