İspaniyadan İsraillə bağlı ÇAĞIRIŞ

İspaniyanın xarici işlər naziri Xose Manuel Albarez Avropa və ərəb ölkələrinin Madrid görüşündən əvvəl bildirib ki, beynəlxalq ictimaiyyət Qəzzada müharibəni dayandırmaq üçün İsrailə qarşı sanksiyalara əl atmalıdır.
Elchi.az bu barədə "AFP"yə istinadən xəbər verir.
Albarez bildirib ki, İsrailin uzun müddətdir müttəfiq hesab etdiyi ölkələr Qəzzada müharibə başlayandan bəri artan beynəlxalq təzyiqə öz səslərini əlavə ediblər.
“Humanitar yardım Qəzzaya kütləvi şəkildə, maneəsiz, neytral şəkildə axmalıdır ki, İsrail kimin yeyə, kimin yeyə bilməyəcəyinə qərar verməsin”,-deyə o qeyd edib.
Albarez "France Info" radiosuna bildirib ki, 20 ölkə və beynəlxalq təşkilatın nümayəndələri bazar günü Madriddə artıq heç bir məqsədi olmayan bu müharibəni dayandırmaq üçün görüşəcəklər.
Xatırladaq ki, ötən il Madriddə keçirilən əvvəlki belə toplantıya Misir, İordaniya, Qətər, Səudiyyə Ərəbistanı və Türkiyə daxil olmaqla ölkələr, həmçinin Fələstin dövlətini tanıyan İrlandiya və Norveç kimi Avropa dövlətləri qatılıb.
Yeganə