İranda təyyarə qəzaya uğrayıb, 7-si uşaq olmaqla, 40 nəfər ölüb

🗓 11.08.2014 08:06 ✍️ "Elçi" qəzeti
Avqustun 10-da İranın paytaxtı Tehran şəhəri yaxınlığında təyyarə qəzaya uğrayıb.9ccc8d2fc614affcbee6f2b5b949eb55
 

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, qəza nəticəsində 40 nəfər ölüb. Ölənlərdən 7-si uşaqdır.

Təyyarənin göyərtəsində ümumilikdə 48 nəfər olub. İlkin məlumatda qəza nəticəsində “An-140” tipli təyyarədə olanların hamısının öldüyü bildirilsə də, az sonra İranın nəqliyyat nazirinin köməkçisi Əli Reza Cahangirian “Fars” agentliyinə bildirib ki, qəza zamanı sağ qalanlar var. “Təyyarə uçuş zolağından 4 mil aralıda qəzaya uğrayıb. Sərnişinlərdən bir neçəsi yaralanıb, onlar xəstəxanaya çatdırılıblar”, - deyə nazir köməkçisi qeyd edib. Ə. R. Cahangirian onu da əlavə edib ki, təyyarə meşə massivində düşdüyü üçün yerdə ölənlər və dağıntı olmayıb. İlkin ehtimala görə, qəzaya mühərrikin texniki nasazlığı səbəb olub. “Sepahan Airlines” şirkətinə məxsus təyyarənin havaya qalxandan bir neçə dəqiqə sonra qəzaya uğradığı bildirilir.

Bənzər yazılar