İnterpolun axtardığı azərbaycanlı cərrahdan - Açıqlama

🗓 05.09.2014 20:05 ✍️ "Elçi" qəzeti
Rusiya azərbaycanlı plastik cərrah Elçin Məmmədovu interpol xətti ilə axtarışa verib. 78544

 Rusiya mətbuatı axtarışda olan həkimin son çalışdığı ünvanı da müəyyənləşdirib. Məlum olub ki, Azərbaycanda olan cərrah E.Məmmədov yerli xəstəxanalardan birində (Сaspian Hospital) çalışır. Xəbərdə qeyd olunur ki, klinikanın baş həkimi məsuliyyətdən qaçan və İnterpol xətti ilə axtarışda olan cinayətkarı yerli polis orqanlarına təhvil verməlidir. Eyni zamanda xəbərin linkinin klinikanın elektron poçtuna göndərildiyi qedy edilir.

Maraqlıdır ki, Rusiya mətbuatı cərrah Elçin Məmmədovun adının xəstəxananın “Həkimlər” bölməsində yer aldığını və buna sübut kimi səhifənin “skrinşot”unu paylaşıb. Hazırda klinikanın saytına həmin bölməyə girmək mümkün deyil.

Xatırladaq ki, altı ilə əvvəl Rusiya mətbuatı həkim Məmmədovun uğursuz plastik əməliyyatlarından sonra bir qadının komaya düşdüyünü və bu günə qədər komada qaldığını yazıb. Daha bir neçə qadın isə uğursuz əməliyyatın qurbanı olub.

Bənzər yazılar