“İnter” İtaliya çempionatında unikal rekorda imza atıb

"İnter" "Udineze" ilə 31-ci tur matçından sonra İtaliya çempionatında unikal rekorda imza atıb. Elchi.az xəbər verir ki, Udine şəhərindəki "Dacia Arena" stadionunda keçirilən görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İnter" A seriyası tarixində 1-ci tura qədər hər matçda qol vuran ilk komanda oldu. İtaliya çempionatının turnir cədvəlinə 82 xalla "İnter" təkbaşına başçılıq edir. Komanda ən yaxın izləyicisi "Milan"ı 14 xal qabaqlayır. Qeyd edək ki, "İnter" cari mövsümdə İtaliya çempionatında cəmi 1 oyunda məğlub olub. İtaliya çempionatının növbəti turunda "İnter" "Kalyari" ilə qarşılaşacaq. Qarşılaşma aprelin 14-də, Moskva vaxtı ilə saat 21:45-də başlayacaq. Nuranə Məmmədova