Böyük Britaniyanın müxtəlif yerlərindəki xəstəxanalar lazım olan çarpayıları təmizləmək üçün xəstələri “qulluq otellərinə” yerləşdirirlər.
Elchi.az xəbər verir ki, İngiltərənin Milli Səhiyyə Xidməti (NHS) hazırda tətillərin və şiddətli qrip epidemiyasının nəticələri ilə mübarizə aparır. Həkim tətilləri ilə başlayan və dərman böhranı ilə davam edən səhiyyə sistemi böhranının yeni nöqtəsi artıq xəstəxanalardır.
Xəstəxanalar çarpayıya olan tələbatı azaltmaq üçün xəstələri otelə yerləşdirirlər. Bristol, Şimali Somerset və Cənubi Qlosterşirdəki otellər təcili müalicəyə ehtiyacı olmayan, lakin sosial qayğıya ehtiyacı olan xəstələr üçün istifadə olunur.
Şayəstə