İmişlidə iki yeniyetmə faciəvi şəkildə öldü

İmişli şəhərində iki yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb. Elchi.az xəbər verir ki, hadisə 5 saylı orta məktəbin ərazisində baş verib. Belə ki, təhsil ocağının ərazisində yerləşən birmərtəbəli binanın üstünə çıxarkən 2010-cu il təvəllüdlü İsbərov Amid Seyran oğlunu və 2010-cu il təvəllüdlü Məmmədov Farid Vahid oğlunu elektrik cərəyanı vurub. Hər iki yeniyetmə hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırmalar davam etdirilir.