İbrahimoviçdən möhtəşəm statistika
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, isveçli hücumçu son 13 ildə oynadığı klublarla 11 dəfə çempion olmağı bacarıb.
Futbolçu karyerasına "Malmö"də başlayan İbrahimoviç "Ayaks" (2), "Yuventus" (2), "İnter" (3), "Barselona" (1), "Milan" (1) və PSJ (2) klublarında ölkə çempionluğu sevinci yaşayıb.
Qeyd edək ki, İbrahimoviçin şərəfini qoruduğu PSJ bu mövsüm də Fransa Liqasını qazanmağa əsas favoritdir.