Honq-Konqda 10,7 milyon dollar dəyərində qızıl qaçaqmalçılığının qarşısı alınıb

🗓 08.04.2024 21:11 ✍️ "Elçi" qəzeti
Honq-Konqda 10,7 milyon dollar dəyərində qızıl qaçaqmalçılığının qarşısı alınıb
Honq-Konq gömrüyü hava kompressoru hissələri kimi gizlədilmiş qızıl yükü aşkar edib. Elchi.az  xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yazıb. Qaçaqmalçılıq yolu ilə gətirilən qızılın dəyəri  84 milyon Honq-Konq dolları (təxminən 10,7 milyon ABŞ dolları) səviyyəsində qiymətləndirilir. Sənədlərə əsasən, Honq-Konq hava limanından Yaponiyaya göndərilmək üçün hazırlanan yükdə ümumi çəkisi 775 kq olan iki hava kompressoru olub. Gömrükçülər rentgen müayinəsindən sonra yükə baxış keçirmək qərarına gəliblər. Qeyd olunur ki,  yükü göndərən şirkətin 31 yaşlı direktoru saxlanılıb. Sonradan aparılan yoxlamalar göstərib ki, müəssisə heç bir sahibkarlıq fəaliyyəti həyata keçirmir. Şirkət direktorunu 7 ilə qədər həbs və 2 milyon Honq-Konq dolları (təxminən 256,4 min ABŞ dolları) məbləğində cərimə gözləyir.
Havar Şəfiyeva

Bənzər yazılar