Havadan benzin istehsal edən cihaz hazırlanıb

🗓 11.06.2025 11:43 ✍️ "Elçi" qəzeti
Havadan benzin istehsal edən cihaz hazırlanıb

ABŞ şirkəti havadakı karbon qazından istifadə edərək qalıqsız benzin istehsal edən cihaz hazırlayıb. Cihazın 2025-ci ilin payızında təqdim ediləcəyi gözlənilir.
Elchi.az xəbər verir ki, Nyu-Yorkda yerləşən yanacaq şirkəti Aircela, birbaşa atmosferdən karbon qazını tutaraq benzin istehsal edən yeni maşın hazırladığını açıqladı. Şirkət bu cihazın yalnız hava, su və bərpa olunan enerji ilə işlədiyini və ətraf mühitə zərərli heç bir tullantı əmələ gətirmədiyini açıqlayıb.
Sənaye soyuducu ölçüsündə olan cihaz, illərdir mövcud olan “birbaşa karbon tutma” texnologiyasından fərqli şəkildə istifadə edir. Mövcud texnologiyalar ümumiyyətlə karbonun tutulması və saxlanmasına diqqət yetirsə də, Aircela-nın maşını bu karbonu birbaşa yanacağa çevirir.
Fosilsiz benzin infrastruktur dəyişiklikləri tələb etmir
İstehsal edilən benzinin tərkibində klassik qalıq yanacaqlardan fərqli olaraq kükürd, etanol və ağır metalların olmadığı bildirilir. Üstəlik, bu yanacağın heç bir infrastruktur dəyişikliyi olmadan mövcud benzin mühərriklərində istifadə oluna biləcəyi vurğulanır.
Aircela-nın CEO-su Erik Dahlqren, "Biz prototip deyil, işləyən bir maşın hazırladıq" dedi və cihazın aktiv şəkildə işlədiyini bildirdi. Popular Science jurnalına danışan şirkət rəsmiləri cihazın gündə təxminən 37 litr karbon qazı tuta biləcəyini, 3,7 litr benzin istehsal edə biləcəyini və çənində 64 litrə qədər benzin saxlaya biləcəyini söyləyib.

Şayəstə Hüseynova

Bənzər yazılar