Hava mülayimləşəcək

🗓 04.11.2014 13:37 ✍️ "Elçi" qəzeti
Hava mülayimləşəcək
Sabah Bakıda və Abşeron yarımadasında havanın tədricən kəsiləcəyi, gündüz dəyişkən buludlu, əsasənhava yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin ANS PRESS-ə verdiyi məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu axşam saatlarında 3-5, gündüz 8-13 dərəcə olacaq.
Rayonlarda gündüz yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Lənkəran-Astara ərazisində yağıntılı olacağı ehtimal edilir.
Mülayim qərb küləyi əsəcək. Aran rayonlarında temperatur gecə 1-6 dərəcə, gündüz 10-15 dərəcə, dağlıq ərazilərdə gecə 2-7 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin bildirdiyinə görə, sabahdan etibarən havanıən mülayimləşəcəyi, yağıntıların azalacağı, temperaturun nisbətən yüksələcəyi gözlənilir.

Bənzər yazılar