Hakkaridə ağır yol qəzasında 9 nəfər yaralanıb

🗓 14.04.2024 21:53 ✍️ "Elçi" qəzeti
Hakkaridə ağır yol qəzasında 9 nəfər yaralanıb
Türkiyənin Hakkari şəhərinin Yüksekova rayonunda yol-nəqliyyat hadisəsində doqquz nəfər yaralanıb. Elchi.az xəbər verir ki, bu barədə İHA məlumat yayıb. Bildirilib ki, Yüksekova – Van magistral yolunun Karasu ərazisindən keçən hissəsində sürücünü avtomobilin idarəetməsini itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Hadisədə doqquz nəfər yaralanıb. Faktla bağlı araşdırma aparılır. Havar Şəfiyeva

Bənzər yazılar