Həmas ABŞ-ın atəşkəs təklifini qəbul edib

HƏMAS ABŞ-ın Yaxın Şərq üzrə nümayəndəsi Steve Witkoffun Qəzzada atəşkəs təklifini qəbul edib.
Elchi.az xəbər verir ki, HƏMAS-a yaxın fələstinli mənbə bildirib ki, hərəkat ABŞ-ın xüsusi nümayəndəsi Vitkoffun Qəzza zolağında atəşkəs təklifini qəbul edib.
HƏMAS ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Steve Witkoffun Qəzza ilə bağlı atəşkəs təklifini qəbul etdiyini açıqlayıb. Təklifə iki qrupda 10 girovun azad edilməsi müqabilində 70 günlük atəşkəs daxil idi.