"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MARAQLI

“Gövhər Baxşəliyevanın kitabı başdan-ayağa plagiatdir” – Alimlərin QALMAQALI, FOTOLAR

09 Oktyabr 2014 - 18:09
in MARAQLI
FacebookVatsap

Bunu da oxuyun

Tomat pastası beyin funksiyasına necə təsir edə bilər?

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

1Bakı Dövlət Universitetinin professoru, şərqşünas alim Aida Qasımova elm adamları arasında qalmaqal yaradacaq iddia ilə çıxış edib. 
Onun fikrincə, filologiya elmləri doktoru, professor, AMEA-nın Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyevanın iki cildlik “Məqalələr, məruzələr, müsahibələr” kitabı plagiatdır.
Aida Qasımova iddialarını əsaslandıran məqalə yazaraq, AzNews.az-ın redaksiyasına göndərib.
Həmin məqaləni təqdim edirik: 
“AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyevanın iki cildlik “Məqalələr, məruzələr, müsahibələr” (Bakı, 2011) toplusunun birinci cildindəki “Poetiçeskie osobennosti arabskoy literaturı VIII-IX vekov” (səh.244-252) məqaləsini oxuyarkən institut direktoru olan bir alimin bu qədər məsuliyyətsiz bir yazı sərgiləməsinə təəccüb etdim. Söhbəti uzatmayacam. Facebook səhifəmdə bu barədə yazmışam. Elə həmin yazını biz az genişləndirib, AzNews.az vasitəsilə oxuculara çatdırmaq istəyirəm.
“Poetiçeskie osobennosti arabskoy literaturı VIII-IX vekov” yazısı başdan-ayağa I. Filştinskidən, B. Şidfardan və A. Kudelindən plagiatdır. “Müəllif” plagiat faktını pərdələmək üçün arada ərəb şeir divanlarından “misallar gətirir”. Amma onun gətirdiyi misallar və tərcümələr də hamısı Filştinski və Şidfarın birgə yazdığı “Ocerk arabo-musulmanskoy kulturı” (1971-ci il nəşri) kitabındandır.
BDU-nun professoru, şərqşünas alim Aida Qasımova
Məqalənin ilk səhifə yarımı I.Fiştinskinin “Arabskaya klassiçeskaya literatura” kitabının (1965-ci il nəşri) 141-143-cü səhifələrindən plagiatdır. Düzdür, bir yerdə “raznorodnoye” dəyişib “raznoobraznıy” olub, amma fakt faktdır. Baxmayaraq ki, Filştinski 1978 və 1991-ci il nəşrləri olan başqa kitablarında bu mövzuya yenidən qayıdıb, bəzi dəyişikliklər edib, bəzi hissələri genişləndirib, Gövhər xanım həmin 1965-ci il nəşrini necə var, elə də köçürüb.
Sonrakı beş səhifə yarım I.Filştinski və B.Şidfarın birgə yazdığı “Ocerk arabo-musulmanskoy kulturı” (1971-ci il nəşri) kitabının 203-207-ci səhifələrindən plagiatdır. Ən amansız oğurluq məhz bu kiçik, amma dəyərli kitabdandır. “Müəllif” qəddarcasına ərəb dilindən rus dilinə tərcümələri də öz adına çıxıb, sonra da ərəb şairlərinin divanlarına “istinad” verib və ağlına gələn səhifəni yazıb.
Sonrakı iki səhifə isə A.Kudelinin “Srednevekovaya arabskaya poetika”sından (1983-cü il) plagiatdır. Gövhər xanım A. Kudelinin uzun-uzadı araşdırmadan hasil etdiyi şəxsi mülahizələrini öz qənaəti kimi təqdim edib.
Bütün məsuliyyəti ilə deyirəm ki, bu yazıda “müəllif”in özünə aid bir cümlə belə yoxdur.
İndi gələk istinadlara. Dediyim kimi, “əsər” üç kitabdan plagiatdır. Qəribədir ki, xanım bir yerdə belə istifadə etdiyi bu kitablara heç olmasa düzgün istinad belə verməyib. Bunun səbəbini bir Allah bilir, bir Gövhər xanım, bir də xəyanətkar qələm.
Bütün məsuliyyəti ilə deyirəm ki, “məqalə”dəki 15 istinadın 15-i də yalandır. Yazının plagiatlığı bir yana, heç olmasa istinadlar hissəsi düzgün ola bilərdi. İstinadlar göstərilən ədəbiyyata və səhifələrə uyğun gəlmir. Sivil dünyada bir alim bircə istinadı səhv edəndə elmi ictimaiyyətdən üzr istəyir.
Bir səhifə yarım köçürmədən sonra deputat xanım qəflətən Filştinskinin başqa bir kitabına – 1978-ci il nəşri olan “Arabskaya literatura v sredniye veka” kitabına qeyri-adi, özü də abzasın ortasında bir istinad verir. Halbuki, həmin göstərdiyi kitabdakı səhifədə söhbət konkret olaraq Əbu Təmmamın poeziyasından gedir. Əgər o, bir-iki səhifə əvvələ nəzər salsaydı, elə oxşar mətnləri görərdi. “Müəllif”, dediyim kimi, əvvəlki səhifə yarımı Filştinskinin 1965-ci il nəşrindən heç bir istinad vermədən plagiat edib. Elmi ədəbiyyatda bu hissə birbaşa istinad kimi dırnaq içərisində verilməli idi. Amma “əsərdə” başqalarının yazdığından istifadə qanun-qaydasına riayət olunsaydı, onda məqalə elə başdan ayağa dırnaq içərisində yazılmalı idi.
AMEA-nın Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva
Bütün məsuliyyəti ilə, əlimdəki faktlara əsaslanaraq bildirirəm ki, bu məqalədə dırnaqsız yazıla biləcək, “müəllif”in özünə məxsus bir cümlə belə yoxdur. Hətta dırnaqsız istinad, yəni hər hansı bir müəllifin fikir və qənaətlərini öz sözləri ilə ifadə edib həmin müəllifin əsərinə diqqət yönəltmək də yoxdur. Yəni yazı elə əvvəldən axıra dırnaq içərisində yazılası birbaşa istinaddır.
Dediyim kimi, məqalənin ikinci səhifəsinin ortasından, yəni kitabın 245-ci səhifəsindən düz 250-ci səhifəsinədək birnəfəsə I.Filştinski və B.Şidfarın birgə yazdığı “Ocerk arabo-musulmanskoy kulturı” (1971-ci il nəşri) kitabının 203-207-ci səhifələri köçürülüb. Bu hissədə Gövhər xanım cəmi bir dəfə, səh.245-də həmin kitaba istinad verir, onda da səhifəni düz göstərmir. Onun göstərdiyi səhifədə isə söhbət müsəlman mədəniyyətinin Avropa mədəniyyətinə təsirindən gedir.
Bu beş səhifədə Gövhər xanım lap ağını çıxarıb. Belə olmaz axı… Camaat şeir divanlarını oxuyur, misallar seçir, tərcümələr edir, bir başqası da onların yazdığını köçürür, sonra da Əbu Nüvas, Divan, Beyrut, səhifə filan yazır, və dərd burasıdır ki, həmin səhifəni də düz yazmır. Və yaxud, B. Şidfarın “Obraznaya sistema arabskoy klassiçeskoy literaturı” adlı kitabının indeks hissəsinə, bəli indeks hissəsinə istinad verir. Şidfarın həmin kitabı bu yazıda əks olunmayıb. Heç olmasa, yalandan istinad veriləndə, indeks hissəsinə yox, elə poetika ilə bağlı maraqlı hissələrə müraciət edilə bilərdi.
Ədəbiyyat siyahısını gücləndirmək üçün Gövhər xanım axırda, özü də Kudelindən köçürdüyü hissədə akademik İ. Kraçkovskiyə də “istinad edir”. Özü də Kraçkovskinin birinci cildinə. Onun guya “müraciət etdiyi” səhifə I.Kraçkovskinin Girqasa həsr etdiyi oçerkdir və orada poetika məsələsi yoxdur. Müəllif heç olmasa, Kraçkovskinin birinci cildinin ərəb əlyazmalarına həsr olunmasından xəbərdar olmalı idi. Az-çox savadı olan magistrlər də bilir ki, poetika məsələləri üçün Kraçkovskinin 2-ci və 6-cı cildlərinə müraciət olunmalıdır. G. Baxşəliyeva I. Filştinskinin “Arabskaya Poetika Srednix Vekov” (M.1975) adlı mövcud olmayan bir kitabını da “kəşf edib” istinad verib.
Mən bu yazını yazmaya da bilərdim, və yaxud başqaları kimi, “əşi nə işimə qalıb”, deyərdim, amma yazmaya bilmədim, çünki, bu nümunə olduqca zərərlidir və startda balaca gövhərlər də dayanıb. Həm də, dinimizə görə, bir rəzaləti görüb susanlar lal şeytanlardır.
Bu yazı ilə bağlı qeyd etdiyim plagiat faktlarını istənilən zaman maraqlanan şəxslərə təqdim etməyə hazıram”.
P.S. AzNews.az bu məsələ ilə bağlı Gövhər Baxşəliyevanın fikirlərini öyrənmək istəyib. Lakin o, vaxtının olmadığını bildirib. 
Previous Post

“Gövhər Baxşəliyevanın kitabı başdan-ayağa plagiatdir” – Alimlərin QALMAQALI, FOTOLAR

Next Post

Azərbaycanlı biznesmenlərə basqın edib milyonlarla dollar aparan banda tutuldu

Bənzər yazılar

Tomat pastası beyin funksiyasına necə təsir edə bilər?

Tomat pastası beyin funksiyasına necə təsir edə bilər?

09 Sentyabr 2026 - 11:09

İspaniyada aparılan yeni bir araşdırma, üç ay ərzində müntəzəm olaraq tomat pastası istehlak edən şəxslərin beyin skanlarında və idrak performansında...

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

31 İyul 2026 - 22:32

2026-cı il FIFA Dünya Kuboku dünyanın ən dəyərli futbolçularının böyük hissəsini bir araya gətirdi. Elchi.az Transfermarkt məlumatları və Yahoo! Sports...

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

31 İyul 2026 - 22:28

Qantas Hava Yollarına məxsus xüsusi dizayn edilmiş Airbus A350-1000ULR sərnişin təyyarəsi Melburndan havaya qalxdıqdan sonra 24 saat 24 dəqiqə fasiləsiz...

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

23 Mart 2026 - 18:43

İlon Mask avtomobillərin, robotların və kosmosdakı süni intellekt məlumat mərkəzlərinin fəaliyyəti üçün istifadə olunacaq SpaceX və Tesla çiplərinin istehsalına başlamağı...

Next Post

Azərbaycanlı biznesmenlərə basqın edib milyonlarla dollar aparan banda tutuldu

Azərbaycanlı biznesmenlərə basqın edib milyonlarla dollar aparan banda tutuldu

Son xəbərlər

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

07 Oktyabr 2026 - 21:30
Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

07 Oktyabr 2026 - 21:26
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22
Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

07 Oktyabr 2026 - 20:18
“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

07 Oktyabr 2026 - 20:12
DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

07 Oktyabr 2026 - 19:28
AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

07 Oktyabr 2026 - 19:20
Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

07 Oktyabr 2026 - 19:12
Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

07 Oktyabr 2026 - 18:56
Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

07 Oktyabr 2026 - 18:47
BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

07 Oktyabr 2026 - 18:33
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

07 Oktyabr 2026 - 18:25
Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

07 Oktyabr 2026 - 17:59
Fransanı şərab böhranı gözləyir

Fransanı şərab böhranı gözləyir

07 Oktyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.