"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home HADİSƏ

Azərbaycanlı biznesmenlərə basqın edib milyonlarla dollar aparan banda tutuldu

09 Oktyabr 2014 - 18:14
in HADİSƏ
FacebookVatsap

Rusiya İstintaq Komitəsi aeroportlarda dəfələrlə fərdi şəkildə qeyri-leqal pul daşıyanlara basqın edərək milyonlarla dolları qəsb edən banda üzvlərinə qarşı bu gün həyata keçirilən xüsusi əməliyyat haqda məlumat yayıb.

Bunu da oxuyun

Sumqayıtda yanğın olub – VİDEO

Dünən cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Xəzər rayonunda 45 kq narkotik aşkarlanıb

1Virtualaz.org saytı xəbər verir ki, əməliyyat bu gün səhər banda üzvlərinin evlərində həyata keçirilib. Əməliyyat zamanı 12 nəfər həbs olunub. Onların arasında Mərkəz Federal Dairəsi üzrə nəqliyyatda OMON İdarəsinin iki əməkdaşı, habelə Baltikyanı respublikaların birindən olan “vor zakon” da var.

Quldurların evlərində iki avtomat, üç tapança, döyüş sursatları və radiostansiya, kamuflyaj formaları, maskalar, əlcəklər, basqın əməliyyatlarında istifadə olunan onlarla mobil telefon aşkar edilib.

İstintaq Komitəsi bildirir ki, banda üzvləri aeroportların birində qeyri-leqal pul daşıyan kuryerə qarşı yeni əməliyyat planlaşdırmışdılar. Bu basqın əməliyyatında avtomat silahlar, partlayıcı qurğular, həmçinin bir neçə bahalı avtomaşından istifadə edilməsi nəzərdə tutulmuşdu.

Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, banda üzvlərinin izinə məhz bu basqın planı barədə əməliyyat məlumatı əsasında düşmək mümkün olub. Məlumata görə, banda üzvləri yaxın günlərdə Moskva aeroportunun ərazisində daha bir biznesmenə basqın edib onun daşıdığı pulları ələ keçirməyə hazırlaşırmış.

Virtualaz.org saytı maskalı və avtomatla silahlanmış, kamulyajlı banda üzvlərinin ötən ilin payızından etibarən Sankt-Peterburqun “Pulkovo” və Moskvanın “Şeremetyevo” aeroportlarında qeyri-leqal pul daşıyan azərbaycanlı biznesmenlərə basqın edərək onların milyonlarla dollar pulunu qəsb etdikləri barədə xəbər verib.

Bu hadisələrdən biri 2014-cü il, mayın 5-də Moskva vaxtı ilə səhər saat 8 radələrində baş verib. OMON formasında olan və avtomatla silahlanmış bir qrup maskalı şəxs aeroportun E terminalının çıxışında Azərbaycan vətəndaşına hücum edərək onun əllərini qandallayıb. Daha sonra həmin şəxsin daşıdığı çamadanları götürərək yaxınlıqda onları gözləyən mikroavtobusla aradan çıxıblar. Çamadanlarda 4 milyon dollar nağd pul olduğu bildirilirdi. Basqına məruz qalan şəxsin kimliyi açıqlanmırdı.

Daha sonra məlum olub ki, milyonlarla dollar nağd pulu daşıyan şəxs Moskvadakı özəl mühafizə şirkətlərindən birinin əməkdaşı olub. OMON formasında olan silahlılar onun daşıdığı 3 milyon 300 min dollar nağd pulu, habelə üstündəki tapançanı götürərək aradan çıxıblar.

“Basqınçılar bu iki şəxsi avtomatlarla hədələyərək döyüblər, əllərinə plastik qandallar keçiriblər və patronları olmayan xidməti “İJ-71” tapançasını, nağd dollarla dolu iki çamadanı götürərək “Kadillak” markalı avtomobillə hadisə yerindən qaçıblar. Müəyyən olunub ki, özəl mühafizə şirkətinin və özəl inkassator firmasının əməkdaşları pulları hücumdan cəmi bir neçə saniyə əvvəl Dubaydan uçan səhər reysi ilə aeroporta gələn Azərbaycan vətəndaşından alıblar” – deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Soyğunçuları tapmaq üçün Moskvada və Moskvaətrafı vilayətdə başladılan əməliyyat nəticə verməyib. Hadisə ilə bağlı cinayət işi qaldırılıb.

Analoji hadisə ötən ilin sentyabrında Sankt-Peterburqun “Pulkovo” aeroportunda da baş vermişdi. Eyni ssenari ilə hərəkət edən, OMON forması geymiş silahlı maskalılar aeroportun çıxışında Türkiyədən gələn Azərbaycan vətəndaşına basqın edərək onun daşıdığı 2 milyon dollar nağd pulu götürmüş və aradan çıxmışdılar.

Bu hadisədən çox keçmədən eyni soyğunçuluq hadisəsi Moskvada baş verdi. 2013-cü ilin noyabrında İstanbuldan Moskvaya uçan Azərbaycan vətəndaşı Zaur Qədimov “Şeremetyevo” aeroportunun qarşısında basqına məruz qalmış və onun daşıdığı 2,7 milyon dollar nağd pul qəsb edilmişdi. OMON forması geyimiş 10 nəfər maskalı şəxs əvvəlcə  aeroportun qarşısında Z.Qədimovu gözləyən özəl mühafizə xidməti əməkdaşlarının əllərini qandallamış və onları mikroavtobusa mindirərək aeroportdan kənarlaşdırmışdılar.

Previous Post

Azərbaycanlı biznesmenlərə basqın edib milyonlarla dollar aparan banda tutuldu

Next Post

Qazaxlar Nazarbayevi Ayda dəfn etmək istəyir

Bənzər yazılar

Sumqayıtda yanğın olub – VİDEO

Sumqayıtda yanğın olub – VİDEO

01 Avqust 2026 - 13:09

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Şəhid Şəhriyar Quiyev küçəsində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi...

Dünən cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Dünən cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

01 Avqust 2026 - 10:15

İyulun 31-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in...

Xəzər rayonunda 45 kq narkotik aşkarlanıb

Xəzər rayonunda 45 kq narkotik aşkarlanıb

31 İyul 2026 - 16:37

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib. Elchi.az xəbər verir ki, tədbir zamanı qeyd edilən cinayət...

Azərbaycan, Pakistan, Türkiyə və İordaniya xüsusi təyinatlılarının birgə taktiki təlimi olub

Azərbaycan, Pakistan, Türkiyə və İordaniya xüsusi təyinatlılarının birgə taktiki təlimi olub

31 İyul 2026 - 16:11

İordaniyada Azərbaycan, Pakistan, Türkiyə və bu ölkənin xüsusi təyinatlı bölmələrinin iştirakı ilə keçirilən "Zülfüqar - 2026" birgə taktiki təlimi başa...

Next Post

Qazaxlar Nazarbayevi Ayda dəfn etmək istəyir

Qazaxlar Nazarbayevi Ayda dəfn etmək istəyir

Son xəbərlər

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi vəgeoiqtisadi məkan

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi vəgeoiqtisadi məkan

01 Avqust 2026 - 15:07
Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

01 Avqust 2026 - 14:02
“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

01 Avqust 2026 - 13:45
Sumqayıtda yanğın olub – VİDEO

Sumqayıtda yanğın olub – VİDEO

01 Avqust 2026 - 13:09
Sabah 39 dərəcə isti olacaq

Sabahın hava proqnozu açıqlanıb

01 Avqust 2026 - 12:37
Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

01 Avqust 2026 - 12:00
MİQ-in nəticələri açıqlanıb

MİQ-in nəticələri açıqlanıb

01 Avqust 2026 - 11:45
Lukaşenko: İnsanlar və dövlətlər arasında əlaqələri kəsmək mənasızdır

Lukaşenko: İnsanlar və dövlətlər arasında əlaqələri kəsmək mənasızdır

01 Avqust 2026 - 11:21
“Qalatasaray” Rusiya millisinin üzvü üçün hərəkətə keçdi

“Qalatasaray” Rusiya millisinin üzvü üçün hərəkətə keçdi

01 Avqust 2026 - 11:08
Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

01 Avqust 2026 - 10:55
Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir

Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir

01 Avqust 2026 - 10:50
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşmaqda davam edir

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşmaqda davam edir

01 Avqust 2026 - 10:30
Dünən cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Dünən cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

01 Avqust 2026 - 10:15
Azərbaycan dili və əlifbası günüdür

Azərbaycan dili və əlifbası günüdür

01 Avqust 2026 - 00:00
“Odissey”in kitab satışları 1400 faiz artdı

“Odissey”in kitab satışları 1400 faiz artdı

31 İyul 2026 - 22:39
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.