Futbol üzrə XXIII Azərbaycan çempionatına start verilib

🗓 09.08.2014 23:01 ✍️ "Elçi" qəzeti
Topaz Premyer Liqasında 2014/15 mövsümü start götürüb.img1613858
 

Apasport.az saytının xəbərinə görə, ilk oyun günündə 2 qarşılaşmanın keçiriləcəyi planlaşdırılsa da,  bunlardan biri baş tutmayıb. Belə ki, I turun ilk matçında “Bakı” “Simurq”u qəbul etməli idi. Amma sənədləşmə işlərində problem yarandığı üçün paytaxt təmsilçisinin zaqatalalılarla görüşü təxirə salınıb.

Bu səbəbdən gün ərzində yalnız AZAL - “Xəzər Lənkəran” oyunu baş tutub. Görüşə daha yaxşı başlayan cənub təmsilçisi fasiləyə yeni transfer Rauf Əliyevin başla vurduğu gözəl qolla yollanıb. Lakin “ağ-yaşıllar” bu üstünlüyü sonadək qoruya bilməyiblər. Hətta AZAL son 20 dəqiqəni 10 nəfərlə keçirsə də, “Xəzər Lənkəran” qələbəni əldən verib. Meydan sahiblərinin bolqarıstanlı legioneri Tomi Kostadinov uzaq məsafədən vurduğu baxımlı qolla komandasını məğlubiyyətdən qurtarıb. Qeyd edək ki, turun digər 3 oyunu sabah keçiriləcək.

Topaz Premyer Liqası, I tur 9 avqust (şənbə) AZAL – “Xəzər Lənkəran” - 1:1 QOLLAR: Tomi Kostadinov, 74 - Rauf Əliyev, 35

Bənzər yazılar