Fransada etiraz edən fermerlər İl-de-Frans bölgəsində avtomobil yollarını bağlayırlar

🗓 26.05.2025 13:36 ✍️ "Elçi" qəzeti
Fransada etiraz edən fermerlər İl-de-Frans bölgəsində avtomobil yollarını bağlayırlar
Fransada etiraz edən fermerlər paytaxt İl-de-Frans bölgəsində avtomobil yollarını bağlamağa başlayıblar. Elchi.az xəbər verir ki, bu barədə “Parisien” nəşri məlumat yayıb. Məlumata görə, aksiyalar FRSEA və “Jeunes Agriculteurs” həmkarlar ittifaqlarının çağırışı ilə keçirilir. "Mayın 26-da səhər saatlarında İl-de-Frans bölgəsinin bir neçə yolunda, xüsusilə Yvelin və Val-d'Oise departamentlərində nəqliyyatın hərəkəti çətinləşib", - nəşr qeyd edib. Onlar traktorlarla yollarda aşağı sürətlə hərəkət edərək qəsdən nəqliyyat axınını yavaşladırlar. Ötən həftə fermerlər artıq ölkənin şimalında yerləşən Nor və Pa-de-Kale departamentlərində bir neçə avtomobil yolunu bağlamışdılar. Təsərrüfatçılar bürokratik proseduru sadələşdirməli və pestisidlərin istifadəsinə dair məhdudiyyətləri yenidən nəzərdən keçirməli olan qanun layihəsindən narazıdırlar.

Bənzər yazılar