Fövqəladə hallar naziri Şirvan vətəndaşlarını qəbul edib

🗓 28.08.2014 15:03 ✍️ "Elçi" qəzeti
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şirvan şəhərində vətəndaşları qəbul edib.76524d0a48ac1d84b9f36952ec65c8c6
 

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, qəbulda Şirvan şəhəri, Salyan, Neftçala və Biləsuvar rayonlarının sakinləri, habelə həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edib. Qəbul edilən 21 vətəndaşın müraciəti yerində  öz həllini tapıb, bir sıra məsələlərlə bağlı müraciətlərlə əlaqədar qanunvericiliyə uyğun olaraq zəruri tədbirlərin görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

 Bundan başqa, kadr məsələləri ilə bağlı 182, digər məsələlərlə bağlı müraciət etmiş 61  vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.

Bənzər yazılar