Finlandiya prezidenti Aleksandr Stubb bildirib ki, NATO sərt ritorikasını yumşaltmalı, eyni zamanda Rusiyaya görə müharibəyə hazırlaşmalıdır.
Elchi.az bu bərdə Mk.ru-ya istinadən xəbər verir.
Stubb qeyd edib: “Müharibədən qaçmağın ən yaxşı yolu daha çox hazırlaşmaq və daha az danışmaqdır”.
Onun fikrincə, alyansın sadiq qaldığı daimi ritorika gənc nəsli güvənlik hissi ilə yanaşı, gələcəyə inamdan da məhrum edə bilər. Stubb vurğulayıb ki, Finlandiya və İsveçin NATO-ya qəbulu bu məqsədlərə cavab verir. O, əlavə edib ki, Stokholma və Helsinkiyə güclü ordu lazımdır.
Yeganə