FIFA Avropadakı çempionat oyunlarının ABŞ-də keçirilməsi ilə bağlı qadağanı ləğv edəcək

🗓 09.04.2024 14:11 ✍️ "Elçi" qəzeti
FIFA Avropadakı çempionat oyunlarının ABŞ-də keçirilməsi ilə bağlı qadağanı ləğv edəcək
FIFA Avropada çempionat oyunlarının ABŞ-də keçirilməsi ilə bağlı qadağanı ləğv edəcək. Elchi.az “Financial Times”ə istinadən xəbər verir ki, ali futbol qurumu Amerikanın “Relevent” şirkəti ilə bununla bağlı  razılığa gəlib. Tərəflər rəsmi görüşlərin Avropadan ABŞ-yə köçürülməsini maraqlı variant hesab edirlər. FIFA daxili oyunların ölkə ərazisindən kənarda keçirilməsi ilə bağlı qaydalara dəyişiklik etmək məsələsinə müsbət rəy verib. Ancaq bununla bağlı hələ rəsmi qərar verilməyib. Qeyd edək ki, Avropanın top-klubları bəzi çempionat və kubok görüşlərinin ABŞ-də təşkil olunmasının tərəfdarıdır. Havar Şəfiyeva

Bənzər yazılar