Fernando Alonso 2026-cı ilə qədər "Aston Martin"ə keçəcək

Formula 1 komandalarından olan Aston Martin ispan pilot Fernando Alonso ilə yeni müqavilə imzalayıb. Elchi.az xəbər verir ki, "Aston Martin" tərəfindən edilən açıqlamada F1-də iki çempionluğu olan Alonsonun 2026-cı il mövsümünün sonuna qədər komandada qalacağı bildirilib. 2018-ci ildə F1-dən ayrılan və 2021-ci ildə Alp komandasına qayıdan Alonso 2023-cü ildə "Aston Martin"ə transfer olunub. F1-də cəmi 384 Qran Priyə qatılan Alonso təşkilatın ən təcrübəli adı olaraq önə çıxır. 42 yaşlı ispaniyalı pilot həm də 2024-cü il mövsümündə pilotların ən yaşlısıdır. Nuranə Məmmədova