"Fənərbaxça"nın baş məşqçisi istefa verdi

🗓 09.08.2014 23:10 ✍️ "Elçi" qəzeti
İstanbulun "Fənərbaxça" klubunun texniki direktoru Ersun Yanal Əziz Yıldırımla arasındakı problemlərimg1616026 səbəbiylə istefa verib.
Virtualaz.org saytı xəbər verir Ki, Ersun Yanal ötən il komandanı Türkiyə çempionu etmişdi.
Ersun Yanal istefasını Türkiyə mətbuatına yazılı şəkildə göndərib.
"Vəzifəyə gəldiyim mövsüm komandamızı çempion etmiş bir texniki adamam. Amma bu günkü şərtlərdə vəzifəmi davam etdirmək mümkün deyil. Direktorluğum dövründə mənə dəstək olan "Fənərbaxça" tərəfdarına, rəhbərliyinə, media və idman ictimaiyyətinə təşəkkür edirəm"- deyə E.Yanal qeyd edib.
 

Bənzər yazılar