"Fələstinlilər münaqişənin ən qəddar mərhələsini yaşayırlar" - Quterreş

BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, Qəzzada fələstinlilər qəddar münaqişənin ən qəddar mərhələsini yaşayırlar.
Elchi.az bu barədə "Reuters"ə istinadən xəbər verir.
“Təxminən 80 gündür ki, İsrail həyati əhəmiyyətli beynəlxalq yardım axınına mane olub. Qəzzanın bütün əhalisi aclıq təhlükəsi ilə üz-üzədir.
İsrailin hərbi hücumu şiddətlənir, dəhşətli itkilər və dağıntılara səbəb olur. Bu gün Qəzza zolağının 80 faizi ya İsrailin hərbi zonası elan edilib, ya da insanların tərk etməsi əmri verilən ərazi.
Yardıma sürətli, etibarlı, təhlükəsiz və dayanıqlı çıxış olmadan daha çox insan öləcək və bütün əhaliyə uzunmüddətli təsir ağır olacaq”, - deyə Quterreş jurnalistlərə bildirib.
Yeganə