Fələstin BMT-yə tam üzv olmaq üçün bir daha müraciət edib

Fələstinin BMT-dəki Daimi Müşahidəçisi Riyad Mənsur Fələstinin BMT-yə tamhüquqlu üzvlüyü ilə bağlı yeni məktub göndərib. Elchi.az bu barədə "Anadolu Agentliyin"ə istinadən xəbər verir. Fələstin Dövlətinin "X" sosial media platformasında, ərizə məktubunun bir nüsxəsini də ehtiva edən yazısında: “Bu gün Fələstin Dövləti Fələstin rəhbərliyi adından baş katibə (Antonio Quterreş) üzvlük müraciətinə yenidən baxılmasını xahiş edən məktub göndərib”-deyilib. Mənsur məktubda tələbin tezliklə BMT Təhlükəsizlik Şurasına göndərilməsini istəyib. Fələstinin BMT-dəki Daimi Müşahidəçisi Mənsur 26 iyul 2022-ci il tarixində Təhlükəsizlik Şurasına tam üzvlüklə bağlı çıxışında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 2334 saylı qətnamə ilə Fələstinin ərazi bütövlüyünün BMT tərəfindən tanındığını xatırladıb. 23 dekabr 2016-cı il tarixdə və müvafiq olaraq tamhüquqlu üzvlük əldə edilib.O, statusunun təsdiq olunmasını istəyib. Qərarda İsrailin 1967-ci ildən bəri işğal etdiyi Fələstin ərazilərində, o cümlədən Şərqi Qüdsdə yaşayış məntəqələri yaratmasının qeyri-qanuni olduğu təsdiqlənib və İsraili işğal etdiyi Fələstin ərazilərində bütün məskunlaşma fəaliyyətlərini dərhal dayandırmağa çağırıb. BMT-nin üzvü olmayan Fələstin 193 üzvlü təşkilatda “üzv olmayan müşahidəçi dövlət” statusuna malikdir. 2012-ci ildə BMT Baş Assambleyası Fələstinin statusunu “müşahidəçi təşkilat”dan “üzv olmayan müşahidəçi dövlət”ə yüksəldib. Fələstinin BMT-yə tamhüquqlu üzv olması üçün BMT Təhlükəsizlik Şurasının təsdiqi tələb olunur, daha sonra BMT Baş Assambleyasında səsvermə keçirilir. Fələstin 2011-ci ildə BMT-yə tam üzv olmaq üçün müraciət etmişdi, lakin bu müraciət BMT Təhlükəsizlik Şurasında lazımi dəstəyi almamışdı. Nuranə Məmmədova