"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Ermənistan üçün fəlakətli yekun

07 Yanvar 2016 - 09:42
in aktual-banner, Banner, MANŞET
FacebookVatsap

Bunu da oxuyun

“Prezident qərar qəbul edəndə ölkənin maraqlarını nəzərə alır”-Qüdrət Həsənquliyev

Meşə yanğınları İndoneziyada kütləvi xəstəliyə səbəb olub

Makron BMT-də tribunaya yumruq vurdu: “Qəzzaya göz yummaq olmaz!”

2015 iqtisadi çöküşü yaxınlaşdırıb
 Ermənistan üçün fəlakətli yekun: 2015 iqtisadi çöküşü  yaxınlaşdırıbXarici borclar 4 dəfə böyüyüb, ölkədən emiqrasiya sürətlənib, ixrac idxalı 3 dəfə üstələyib; əhali daha da kasıblayıb; kölgə iqtisadiyyatı və korrupsiyanın həcmi artıb; təzə il daha acınacaqlı perspektivlər vəd edir…

2015-ci il gözlənildiyi kimi, işğalçı Ermənistan üçün qat-qat ağır göstəricilərlə yadda qalıb. Söhbət təkcə cəbhə xəttində artan canlı itkilərdən getmir, həm də ölkə və separatçı rejim daxilində iqtisadi-sosial-durumun bir az da pisləşməsindən gedir. 
Heç şübhəsiz, qonşu ölkənin sosial-iqtisadi durumuna Dağlıq Qarabağ konfliktinə görə onun Azərbaycan və Türkiyə tərəfindən izolyasiyada saxlanması və Rusiyanın forpostu olması, o sırada Kremlin girovuna çevrilməsi həlledici təsir göstərib. Gerçək budur ki, Ermənistan ötən ili daha acınacaqlı göstəricilərlə başa vurub.
Bunu erməni təhlilçiləri də açıq şəkildə etiraf edirlər. Məsələn, irəvanlı iqtisadçı-analitik Susanna Petrosyan öz şərhinə 2015-ci il də Ermənistanın iqtisadi vəziyyətini yaxşılaşdırmağını vurğulamaqla başlayır: “Ölkənin xarici borcları artıb, emiqrasiya sürətlənib, xarici sərmayələrin azalması, kapitalın ölkədən çıxarılması kimi tendensiyalar güclənib. Yeni ildə indiki 5 milyard 22 milyon dollarlıq xarici borcun həcmi ÜDM-in 50%-ni aşa bilər. Yeri gəlmişkən, indiki iqtidarın (”Qarabağ klanı”nın – red.) hakimiyyətə gəldiyi 2008-ci ildə xarici borc cəmisi 1,5 milyard dollar olub. Demək, 7 ildə o, 3,8 dəfə artıb. “Global Financial İntegrity” təşkilatının məlumatına görə, son illər Ermənistandan çıxarılan kapitalın həcmi illik üçün 983 milyon dollar təşkil edib ki, bu da korrupsiya və kölgə iqtisadiyyatının yüksək səviyyədə olduğuna dəlalət edir”.
Ekspert Ermənistan iqtisadiyyatının ağır durumda olmasının ən mühüm göstəricilərindən biri kimi ticarət dövriyyəsi və pərakəndə ticarətin həcminin azalmasını qeyd edib: “Sonuncu dəfə bu göstərici 2009-cu ildə azalmışdı. 2009-cu ildən sonra ilk dəfə ölkə daxilində də ticarət azalıb. Yanvar-iyunda geriləmə 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,1% olub”.
“Qəliz iqtisadi situasiyanın digər bir göstəricisi Rusiyadan gələn transfertlərin həcminin azalmasıdır – hansı ki, 15 ildən çoxdur ki, Ermənistanın iqtisadi modeli üçün ən mühüm faktorlardan biridir. Transfertlər 2014-cü ilin sonlarından azalmağa başlayıb. 2015-ci ildə azalma 2014-cü illə müqayisədə 38-40% təşkil edib. Əvvəllər bu göstərici ildə təxminın 2 milyard dollar civarında olub. Bu, hakimiyyətin iri monopolist -idxalçıların dəstəyinə yönəlik siyasəti ilə yanaşı, ölkədə alıcılıq qabiliyyətinin azalmasının ən ciddi səbəbidir” – daha sonra qeyd edir Petrosyan.
Növbəti ciddi problem kimi o, idxalın ixracı 3 dəfə üstələməsinə diqqət çəkir: “Hökumətin situasiyanın guya sabitləşməsi haqda bəyanatlarına rəğmən, iqtisadiyyat geriləməkdə davam edib. Hökumətin stabil situasiya haqda bəyanatları ilə reallıqlar arasında əsl uçurum var. İstehlak ehtiyacının azalması problemi – hökumətin illər uzunu yol verdiyi yanlışlar və sistemli səhvlərin nəticəsidir. Bu səhvləri bir zəncirə yığmaq olar və onların arasında hakimiyyətin inhisarçılığı xırda və orta biznesin zıyanına gücləndirməsi, Rusiya transfertlərdən asılı iqtisadi modelin qurulması, ixracın inkişafı üçün effektli tədbirlərin görülməməsi, milli valyutanın kursunun süni şəkildə saxlanması xüsusi vurğulanmalıdır”.
Erməni təhlilçi şərhini belə tamamlayır: “Ermənistan iqtisadiyyatının inkişafında əsas maneə oliqarxik strukturların və monopoliyanın dominantlıq təşkil eləməsidir. Bunun nəticəsidir ki, biznesdə rəqabət mühiti mövcud deyil. Sabiq baş nazir Qrant Baqratyan əmindir ki, ölkənin inkişafı və miqrasiyanı önləmək üçün iqtisadi artım 2-3% yox, 7% səviyyəsində qərarlaşmalıdır.
Bütövlükdə hakimiyyətin siyasətinin əsas göstəricisi vətəndaşların sosial vəziyyətinin pisləşməsidir. Korrupsiyanın çiçəklənməsini və kölgə iqtisadiyyatının yüksək səviyyəsini təmin edən iqtisadiyyatın klan-oliqarxik modeli ölkənin inkişafına əngəl olaraq qalır. Bu – ÜDM-in əhəmiyyətli artımını təmin edəcək sərmayə axını önündə ciddi maneələrdir”.
***
Erməni iqtisadçının təhlili işğalçı ölkənin daxili iqtisadi durumunu aydın təsəvvür eləmək üçün yerərli sayıla bilər. Ancaq onun bir fikri ilə razılaşmaq çətindir. Bu da odur ki, guya Ermənistanda korrupsiya, kölgə iqtisadiyyatı olmasa, o, qısa zamanda çiçəklənə, miqrasiya dayana, xarici investisiyalar ölkəyə axa bilər.
Sözsüz ki, ilğımdır. Çünki hətta o halda da xaricdən ciddi sərmayələr gəlməyəcək. Nədən ki, Azərbaycanla müharibə vəziyyətində olan, üstəlik, Qərblə kəskin münasibətlərdə olan Rusiyanın 1 nömrəli müttəfiqi Ermənistana çətin ki, xarici sərmayə axını ola. Yəni ən azından biznesin təhlükəsizliyi məsələsi…  
Previous Post

Ermənistan üçün fəlakətli yekun

Next Post

Ruslar əsəbləşdi: “NATO, Türkiyəni mükafatlandırır”

Bənzər yazılar

“Prezident qərar qəbul edəndə ölkənin maraqlarını nəzərə alır”-Qüdrət Həsənquliyev

“Prezident qərar qəbul edəndə ölkənin maraqlarını nəzərə alır”-Qüdrət Həsənquliyev

23 Sentyabr 2026 - 17:03

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Meşə yanğınları İndoneziyada kütləvi xəstəliyə səbəb olub

Meşə yanğınları İndoneziyada kütləvi xəstəliyə səbəb olub

23 Sentyabr 2026 - 16:48

Avqust ayından bəri İndoneziyanın meşə və torpaq yanğınlarından zərər çəkmiş ərazilərində 175 000-ə yaxın kəskin tənəffüs yolu infeksiyası halı qeydə...

Makron BMT-də tribunaya yumruq vurdu: “Qəzzaya göz yummaq olmaz!”

Makron BMT-də tribunaya yumruq vurdu: “Qəzzaya göz yummaq olmaz!”

23 Sentyabr 2026 - 14:00

Fransa lideri Emmanuel Makron Nyu-Yorkda BMT Baş Assambleyasında Fələstindəki vəziyyətlə bağlı çıxışı zamanı yumruğu ilə tribunaya vurub. Elchi.az xəbər verir...

Zelenski: Rusiya müharibəni bitirməyə hazır deyil

Zelenski: Rusiya müharibəni bitirməyə hazır deyil

23 Sentyabr 2026 - 10:37

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampın da iştirakı ilə Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bəyan edib....

Next Post

Ruslar əsəbləşdi: "NATO, Türkiyəni mükafatlandırır"

Ruslar əsəbləşdi: "NATO, Türkiyəni mükafatlandırır"

Son xəbərlər

“Sabah”ın Çempionlar Liqasındakı 4 ev oyununa 104 620 bilet satılıb

Zelenski Ukraynaya raket tədarükü ilə bağlı problemi etiraf edib

24 Sentyabr 2026 - 11:20
“Sabah”ın Çempionlar Liqasındakı 4 ev oyununa 104 620 bilet satılıb

“Sabah”ın Çempionlar Liqasındakı 4 ev oyununa 104 620 bilet satılıb

24 Sentyabr 2026 - 11:13
Venesuelanın müvəqqəti prezidenti Rodriges: “Ölkədə demokratik keçid başlayıb”

Venesuelanın müvəqqəti prezidenti Rodriges: “Ölkədə demokratik keçid başlayıb”

24 Sentyabr 2026 - 11:02
AB və 51 ölkədən Rusiyaya atəşkəs çağırışı

AB və 51 ölkədən Rusiyaya atəşkəs çağırışı

24 Sentyabr 2026 - 10:53
Pensiya və müavinətlər bu tarixdə ödəniləcək – Rəsmi

Bütün sosial ödənişlər sabah yekunlaşdırılacaq

24 Sentyabr 2026 - 10:45
FHN Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirdi – VİDEO/FOTO

FHN Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirdi – VİDEO/FOTO

24 Sentyabr 2026 - 10:39
Formula 1-lə əlaqədar metroda iş saatı uzadılacaq

Formula 1-lə əlaqədar metroda iş saatı uzadılacaq

24 Sentyabr 2026 - 10:36
ABŞ-da super süni intellekt üçün 20 illik həbs cəzası təklifi

ABŞ-da super süni intellekt üçün 20 illik həbs cəzası təklifi

24 Sentyabr 2026 - 10:27
Gizli iltihab ürək tutması və insult riskini 43 faiz artırır

Gizli iltihab ürək tutması və insult riskini 43 faiz artırır

24 Sentyabr 2026 - 10:19
Rəqəmsal səyyahlara işgüzar səfər vizası veriləcək

Rəqəmsal səyyahlara işgüzar səfər vizası veriləcək

24 Sentyabr 2026 - 10:08
Formula 1 Azərbaycan Qran-Prisinin ilk günü Bakı Şəhər Halqasında intensiv proqramla başlayacaq

Formula 1 Azərbaycan Qran-Prisinin ilk günü Bakı Şəhər Halqasında intensiv proqramla başlayacaq

24 Sentyabr 2026 - 10:00
IV Bakı Təhlükəsizlik Forumu keçirilib

IV Bakı Təhlükəsizlik Forumu keçirilib

24 Sentyabr 2026 - 09:51
Laçında dağlıq ərazidə yanğın olub – VİDEO

Laçında dağlıq ərazidə yanğın olub – VİDEO

24 Sentyabr 2026 - 09:44
Bakıda Gürcüstan-Azərbaycan parlamentlərarası əməkdaşlığının dərinləşdirilməsi müzakirə olunacaq

Bakıda Gürcüstan-Azərbaycan parlamentlərarası əməkdaşlığının dərinləşdirilməsi müzakirə olunacaq

24 Sentyabr 2026 - 09:35
Bakının bu ərazilərində 6 saat işıq olmayacaq

Yasamal və Xəzərin bəzi ərazilərində elektrik enerjisi olmayacaq

24 Sentyabr 2026 - 09:27
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.