Avropa İttifaqına (Aİ) üzv 27 ölkə və Böyük Britaniya, İsrail, Yaponiya, Cənubi Koreya və Avstraliya da daxil olmaqla daha 51 dövlət Rusiyanı atəşkəsə razılaşmağa çağırıb.
Elchi.az xəbər verir ki, Aİ-yə üzv 27 ölkənin və qeyd olunan 51 dövlətin nümayəndələri Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) Ukrayna ilə bağlı iclası ərəfəsində Nyu-Yorkda birgə bəyanat yayıblar. Ukrayna ilə həmrəyliyin ifadə olunduğu bəyanatda Rusiyanın ölkə daxilində mülki şəxslərə və mülki infrastruktura qarşı artan hücumları ilə bağlı ciddi narahatlıq dilə gətirilib.
Ukraynanın “tam, dərhal və qeyd-şərtsiz” atəşkəsi qəbul etdiyini vurğulayan bəyanatda deyilir: “Biz Rusiyanı sülh naminə mənalı diplomatiya və danışıqlar istiqamətində zəruri bir addım kimi nəhayət eyni şeyi etməyə çağırırıq. Ukrayna sülh istəyir. Biz sülh istəyirik. Rusiya öz təcavüzünə son qoymalı, atəşkəsi qəbul etməli və beynəlxalq hüquqa uyğun olaraq hərtərəfli, ədalətli və davamlı sülh üçün mənalı danışıqlara başlamalıdır”.
Şayəstə





















