"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

““Erməni soyqırımı” ilə bağlı qətnamə siyasi motivlərə əsaslanır”

20 Aprel 2015 - 18:00
in MÖVQE
FacebookVatsap

1781“İrəli Azərbaycan” İctimai Birliyinin sədri Baba Tağıyev Moderator.az-a açıqlamasında Avropa Parlamentinin (AP) qondarma erməni soyqırımı ilə bağlı qərarına münasibət bildirib:

Bunu da oxuyun

Makron Rusiya və Ukraynaya enerji obyektlərini vurmamağa çağırdı

Suriya lideri Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib

Pezeşkiandan BMT-yə “etimadsızlıq” mesajı

“Sözdə insan hüquq və azadlıqlarından dəm vuran, siyasi eqoizmlə yeni müs­­təqil dövlətlərə «demokratiya dərsi» vermək istəyən Avropa Parlamenti (Aİ) bu gününə və gələcəyinə qara ləkə kimi yazılacaq hüquqi rəzalətə imza atdı. Əslində, xüsusi şərhə ehtiyac yoxdur – söhbət qon­darma “erməni soyqırımı” ilə bağlı adıçəkilən qurumun absurd, qeyri- obyektiv qətnamə qəbul etməsindən gedir. Qon­darma “erməni soyqırımı” ilə bağlı qətnamənin qəbul edilməsi ümumilikdə türk dünyasına qarşı ədalətsizliyin növbəti təzahürü oldu.

Xatırladaq ki, aprelin 15-də Avropa Parlamentinin Avropa Liberal Demokratlar Alyansı adından bir neçə parlamentarın (Jan-Mari Kavada, Maryel de Sarnez, Xuan Karlos, Girauta Vidal, İvan Jakovçiç, Xavyer Nart, Frederik Reis, Pavel Teliçka)  qondarma “erməni soyqırımının” 100 illiyinin Ümümavropa anımına dair irəli sürdükləri qətnamə layihəsinin müzakirələri ətrafında çıxış edən bir sıra Avropa parlamentarları belə bir “soyqırımın baş verdiyini” söyləyiblər.  Onlar Türkiyəyə və bu ölkənin hökumətinə qarşı müxtəlif ittihamlar səsləndirib, soyqırımı tanımağa və Ermənistanla münasibətləri normallaşdırmağa çağırış ediblər. Hüquqi nihilizm, ifrat qərəz və aşkar siyasi səbatsızlıq nümunəsi olan bu qətnamənin qəbulu təkcə Türkiyə və Azərbaycana, türkdilli dövlətlərə qarşı deyil, ümu­milikdə bəşəriyyətə, hətta Aİ-də təmsil olunan dövlətlərin öz əleyhinə yönəldiyini isə xü­susi vur­ğula­mağa ehti­yac yoxdur.

Tarixə qısa ekskursiya etsək aydın görə bilərik ki, 1915-ci ildə Osmanlı İmperiyasının ermənilərə qarşı «soyqırım» həyata keçirdiyini təsdiqlə­yən heç bir tutarlı fakt, dəlil, sübut yoxdur. Hələ 2005-ci ilin aprel ayında Tür­kiyənin o vaxtkı Baş naziri Rəcəb Tayyib Ərdoğan Ermə­nistanın sabiq prezidenti R.Köçər­yana mü­raciətlə qon­darma «erməni soy­qırımı» iddialarının araşdırılması üçün müş­tərək ko­mis­­siyanın yaradılmasını, bu mə­sələ ilə bağlı bütün sənədlərin arxivlərdən üzə çıxarılmasını təklif etmişdir. Türkiyənin məsələ ilə bağlı birgə ko­missiya yaratmaq, arxivləri açmaq, ta­ri­xi həqiqətləri üzə çıxarmaq təkliflərinə eti­nasız münasibəti Ermənistanın və onun himayədarlarının zaman-za­man gündəmə gətirdiyi «soyqırım» kampani­ya­sının hansı çir­kin məqsəd­lə­­rə xid­mət etdi­yinə şübhə yeri qoymur. Yalnız bu məqam türk dünyasına qarşı yönəlmiş saxta ittihamların sırf siyasi motivlərə əsaslandığını, ikili standartlardan qaynaq­lan­dığını tam mahiyyəti ilə aşkara çıxarır. Konkret olaraq, qondarma «erməni soyqırımı» iddiaları ermənilərin qarşıya qoyduqları 4 məkrli məqsədin həyata keçirilməsinə xidmət edir: «soyqırım»ın bütün dünyada tanıdılması; Türkiyənin «soyqırım»ı etiraf etməsi; Türkiyənin «soyqırım»a uğramış adam­ların varislərinə təzminat ödəməsi; Türkiyənin Şərqində ermənilərə torpaq veril­məsi. Faktiki olaraq bunların hər biri Türkiyə Cümhuriyyətini sarsıtmaq, parça­la­maq məqsədi güdür. Ermənilərin qeyri-hüquqi və cəfəng iddialarının bəzi dövlətlərin qa­nunverici orqan­ların­da dəs­tək­lənməsi əsasən geosiyasi amil­­lərlə bağlı olub, erməniləri dəs­təkləmək məra­mından daha çox Türkiyəyə, eləcə də dolayısı ilə Azər­baycana haqlı mövqeyində təsir göstərmək məqsədi gü­dür.

Ötən illərin təcrübəsi də təsdiqləyir ki, Avropa Parlamentində bu tipli qərəzli sənədlər bəzi xarici ermənipərəst dairələrin sifarişi əsasında qurumun antiazərbaycan, antitürk mövqeli bir qrup deputatı tərəfindən hazırlanır və məhdud sayda parlament üzvlərininq iştirakı ilə keçirilən iclasda qəbul edilir. İstənilən demokratik qərarın qəbulu səs çoxluğu prinsipinə əsaslanmalıdır. Çoxluğun iradəsini əks etdirməyən bir absurd qətnamənin Avropa Parlamenti kimi  demokratik ruhlu qurumun adından yayılması da heç bir məntiqə sığmır. Avropa parlamentində iclasların keçirilməsi üçün kvorumun olmaması bu cür absurd qərarların qəbul edilməsinə imkan verir. Xatırladaq ki, 2011-ci ilin mayın 12-də və 2013-cü il iyunun 15-də Avropa Parllamentində 754 üzvdən cəmi 40-50 deputatın iştirakı ilə, tələm-tələsik Azərbaycanla bağlı qərəzli qətnamələr müzakirəyə çıxarılıb və təsdiq edilib. Bu günlərdə qəbul olunmuş qətnamə də qurumun nüfuzuna mənfi təsir göstərən növbəti şoudur.

Qondarma «erməni soyqırımı» ilə bağlı qətnaməyə səs verən döv­lətlərin parlamentarları nə Türkiyə, nə digər Qərb dövlətlərinin arxivlərində olmuş, sadəcə, siyasi motivli qərəzli və ədalətsiz sənədi rəsmiləşdirmişlər. Belə qətnamə qəbul edən dövlətlərin əksəriyyətinin Av­ropa Birliyinin üzvü olması da təsadüfi görünmür. Siyasi müşahidəçilərin fik­rincə, həmin dövlətlər belə süni mane­ələrlə müsəlman dövləti olan Türkiyənin təşkilata gedən yoluna sipər çək­mə­yə, Avropa Birliyini «xristian klubu» kimi qoruyub saxlamağa çalışırlar. Bu da təsadüfi deyildir ki, hələ 1987-ci ildə Fransanın xüsusi səyləri ilə qondarma «erməni soyqırımı»nı tanıyan Avropa Parlamenti 2005-ci ildə həmin ədalətsiz qərarını yenilə­miş, üstəlik Türkiyə hökuməti qarşısında Ermənistanla sərhədləri aç­maq tələbini irəli sürmüşdür. Həmin qərarda da Türkiyənin 1915-ci ildə baş verənləri «soyqırım» kimi tanıması Avropa Birliyinə üzvlüyün əsas şərtlərindən biri olaraq göstəril­miş­dir. Doğrudur, direktiv Kopenhagen meyarlarından fərqli olaraq, Avropa Parla­mentinin qərarları Türkiyə üçün tövsiyə xarakteri daşıyır. Amma son mərhələdə Türkiyənin təşkilata tamhüqüqlü üzvlüyünə səs verəcək qurum məhz Avropa Par­lamenti olmalıdır.  Hər bir halda, bu cəfəng qətnamənin qəbulundan sevinən ermənilər, uduzansa bu ədalətsiz qətnaməyə səs verən ölkələr oldu.

Terroru bu gün də dövlət səviyyəsində dəstəkləyən Ermənistan isə nədənsə ən müxtəlif zamanlarında türklərə və aəzərbaycanlılıara qarşı etdikləri qanlı əməllərə görə ittiham olunmurlar. 1972-1991-ci illərdə erməni terrorçuları dünyanın əksər ölkələrində Tür­kiyə­nin görkəmli siyasi xadimlərinə, məşhur diplomatlarına və tanınmış iş adam­larına qarşı 300-dən çox terror əməliyyatları törətmişlər. Bu terror aktlarının 100-dən çoxu «Asala» terror təşkilatının «Orli», «9 İyun» və «3 Oktyabr» qrup­laşmaları tərə­findən 24 ölkənin 38 şəhərində həyata keçirilmişdir.

1988-ci ildən Azərbaycana qarşı növbəti dəfə aşkar ərazi iddiaları ilə çıxış edən Ermənistan ərazisində yaşayan azərbay­canlıları deportasiya edərkən müxtəlif vandalizm aktlarına, o cümlədən terror aktlarına əl at­mışdır. Sonrakı mərhələdə bəzi dövlətlərin hima­yəsi və dəstəyi ilə Azərbaycan ərazilərini işğal edən Ermə­nistan dinc əhalinin ölü­mü ilə nəticələnmiş çoxlu sayda terror aktları planlaşdırmış və həyata keçirmişdir. Ərazi il­haqı məqsədi ilə terrorçuluğu və separatizmi özünə başlıca vasitə seçən ermə­nilər 1988-ci ildən Azərbaycanda 373 qanlı terror aktı tö­rət­miş, nəticədə 1600-ə yaxın insan həlak olmuş, 1808 nəfər yaralanmışdır. Terror aktları nə­ticəsində həlak olanların bö­yük əksəriyyətini qadın, uşaq və qocalar təşkil etmişdir.

Qondarma «erməni soyqırımı» ilə bağlı kampaniyanın hələ bu ilin mart ayın­dan yeni­dən fəal şəkildə gündəmə gətirilməsi heç də təsadüfi deyildir. Qondarma «erməni soyqırımı» ilə bağlı baş­lan­mış kampaniyanın kökündə Türkiyə və Azərbaycana təsir göstərmək, hər iki strateji müttəfiq ölkəni prinsipial mövqeyindən çəkindirmək niyyəti dayanır.  Ümumiyyətlə, qondarma «erməni soyqırımı» ilə bağlı cəfəng iddialar göstərir ki, region­da bir qayda olaraq qeyri-konstruktiv mövqedən çıxış edən Ermənistanın Türkiyə ilə müna­sibətləri nor­mal­­laşdırma «səyləri» də səmimiyyətdən tamamilə uzaqdır. Əksinə, rəsmi Anka­ranın Azərbay­canın maraqları əleyhinə hansısa qərar qəbul etməmə­sindən daha da qıcıqlanan erməni lobbisi müəyyən aparıcı dövlətlərin köməyi ilə Türki­yəyə tə­sir göstərməyə çalışır. Lakin Türkiyə və Azərbaycanın qırılmaz strateji müttəfiqliyi fonunda er­mə­nilərin bu istiqamətdəki məkrli cəhdlərinin də iflasa uğraya­cağına heç bir şübhə yoxdur. Türk və Azərbaycan diasporlarının son illərdəki birgə fəaliyyəti, müdafiədən fəal hücum mövqeyinə keçməsi ermənilərin saxta iddialarla dünya ictimaiyyətini çaşdırmaq cəhdlərinin qarşısını alır”.

Previous Post

““Erməni soyqırımı” ilə bağlı qətnamə siyasi motivlərə əsaslanır”

Next Post

Sosial xidmət müəssisələrindən ailələrinə verilən şəxslərin sayı artıb

Bənzər yazılar

Makron Rusiya və Ukraynaya enerji obyektlərini vurmamağa çağırdı

Makron Rusiya və Ukraynaya enerji obyektlərini vurmamağa çağırdı

23 Sentyabr 2026 - 11:23

Makron Ukrayna və Rusiyanı enerji infrastrukturuna və Qara dənizdəki hədəflərə qarşı zərbələrlə bağlı moratoriuma razılaşmağa çağırıb. Elchi.az xəbər verir ki, Nyu-Yorkda...

Suriya lideri Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib

Suriya lideri Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib

23 Sentyabr 2026 - 11:08

Suriya lideri əl-Şara zarafatla Trampa Nyu-Cersi ştatını İsrailə verməyi təklif edib. Elchi.az xəbər verir ki, keçid dövrü üçün Suriya lideri...

Pezeşkiandan BMT-yə “etimadsızlıq” mesajı

Pezeşkiandan BMT-yə “etimadsızlıq” mesajı

22 Sentyabr 2026 - 11:49

İran Prezidenti Məsud Pezeşkian Birləşmiş Millətlər Təşkilatının "Etimadın bərpası" şüarına toxunaraq bildirib: "Etimad mövcud olmayan bir şeydir; tıpkı insan hüquqlarına...

ABŞ Ukraynanı əslində kimin idarə etdiyini açıqlayıb

ABŞ Ukraynanı əslində kimin idarə etdiyini açıqlayıb

22 Sentyabr 2026 - 11:21

Polkovnik Makqreqor iddia edir ki, Ukrayna Britaniyanın MI6 kəşfiyyatı tərəfindən idarə olunur. Elchi.az xəbər verir ki, Ukrayna Britaniyanın MI6 kəşfiyyat xidmətinin...

Next Post

Sosial xidmət müəssisələrindən ailələrinə verilən şəxslərin sayı artıb

Sosial xidmət müəssisələrindən ailələrinə verilən şəxslərin sayı artıb

Son xəbərlər

Millimiz Avropa çempionatında rekorda imza atdı

Millimiz Avropa çempionatında rekorda imza atdı

24 Sentyabr 2026 - 14:30
Bakcell-də hədiyyə mövsümü başladı

Bakcell-də hədiyyə mövsümü başladı

24 Sentyabr 2026 - 14:14
Biləsuvarda 17 kq narkotik aşkarlanıb

Biləsuvarda 17 kq narkotik aşkarlanıb

24 Sentyabr 2026 - 14:07
Kreml Ukrayna məsələsi ilə bağlı Aİ-yə qarşı ittihamlar irəli sürüb

Kreml Ukrayna məsələsi ilə bağlı Aİ-yə qarşı ittihamlar irəli sürüb

24 Sentyabr 2026 - 14:00
Azərbaycanda Həcc ziyarəti qonşu ölkələrdən niyə bahadır? – SƏBƏB

Azərbaycanda Həcc ziyarəti qonşu ölkələrdən niyə bahadır? – SƏBƏB

24 Sentyabr 2026 - 13:39
Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

24 Sentyabr 2026 - 13:28
Azərbaycanda 4 qız qaçırılıb

Azərbaycanda 4 qız qaçırılıb

24 Sentyabr 2026 - 13:13
Ərdoğan Qara dənizdə təhlükəsiz naviqasiyanın zəruriliyini vurğulayıb

Ərdoğan Qara dənizdə təhlükəsiz naviqasiyanın zəruriliyini vurğulayıb

24 Sentyabr 2026 - 13:00
Sumqayıtda qaydaları pozan 22 motosiklet sürücüsü saxlanılıb – VİDEO

Sumqayıtda qaydaları pozan 22 motosiklet sürücüsü saxlanılıb – VİDEO

24 Sentyabr 2026 - 12:52
Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib

Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib

24 Sentyabr 2026 - 12:43
Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq

24 Sentyabr 2026 - 12:30
Kriştianu Ronaldudan karyerasının sonu ilə bağlı açıqlama

Kriştianu Ronaldudan karyerasının sonu ilə bağlı açıqlama

24 Sentyabr 2026 - 12:21
Gürcüstanda zəlzələ oldu

Türkiyədə zəlzələ oldu

24 Sentyabr 2026 - 12:07
Pakistan Əfqanıstanda 10 nöqtəyə zərbə endirib

Pakistan Əfqanıstanda 10 nöqtəyə zərbə endirib

24 Sentyabr 2026 - 11:54
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

24 Sentyabr 2026 - 11:45
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.