"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Azərbaycanda Həcc ziyarəti qonşu ölkələrdən niyə bahadır? – SƏBƏB

24 Sentyabr 2026 - 13:39
in CƏMİYYƏT
FacebookVatsap

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 2027-ci il Həcc ziyarəti üçün sənəd qəbulu və ziyarət paketinin qiymətini açıqlayıb. Məlumata görə, İlkin olaraq bir nəfər üçün ziyarət paketinin qiyməti 6 100 ABŞ dolları müəyyən edilsə də, artma ehtimalı da istisna edilmir. Lakin maraqlısı odur ki, Azərbaycanda Həcc ziyarətinin qiyməti qonşu ölkələrə nisbətdə daha bahadır.

Bunu da oxuyun

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

Bakıda beynəlxalq tədbirə hazırlıqla bağlı bəzi yollarda nəqliyyatın hərəkətinin təlimi keçiriləcək

Məsələn, Rusiyada vahid Həcc paketi qiyməti yoxdur. Rusiya Müsəlmanları Ruhani İdarəsinin məlumatına görə, 2026-cı ildə ziyarətin orta qiyməti 5 353 dollara bərabərdir. Bununla yanaşı, Şimal qonşumuzda Həcc missiyasını özəl şirkətlər də icra edə bilirlər. Məsələn, Rusiyanın ən böyük Həcc operatorlarından olan “Umma Tour” tərəfindən təşkil edilən “Стандарт Плюс” proqramının qiyməti 6 290 dollardan başlayıb. Bu qiymətə hotellər, transferlər və Həcc qurbanı daxil edilib. Rəsmi operator “Marwa Tour” tərəfindən elan edilən 2026 təqvimi üzrə əsas kvota proqramlarında standart yerlər isə 5 690 dollar, komfort proqramlar isə 8 290 dollar olaraq müəyyən edilib. Onu da qeyd etmək lazımdır ki, Rusiyada uçuş şəhərinə görə Həcc paketlərinin qiyməti əhəmiyyətli dərəcədə dəyişir. Qiymət fərqinin yaranmasının əsas səbəbi həmin şəhərlərdən Səudiyyə Ərəbistanına olan birbaşa reyslərin sayı, aviaşirkətlərin rəqabəti və təyyarə biletlərinin maya dəyəridir. Paytaxt Moskva böyük aviasiya qovşağı olduğu üçün buradan müntəzəm və çarter uçuşlarının sayının çoxluğu digər regionlara nisbətən daha ucuz başa gəlir. Tatarıstan və Başqırdıstandan gedən zəvvarlar üçün isə proqramlar əsasən regional hava limanlarından xüsusi çarter reysləri və ya Küveyt-BƏƏ tranzitləri ilə təşkil olunduğu üçün qiymətlər Moskva ilə müqayisədə bir qədər yüksəkdir. Dağıstan və Çeçenistandan isə Səudiyyə Ərəbistanına tələb yüksək olduğundan və birbaşa uçuş rahatlığına görə Şimali Qafqaz şəhərlərindən reyslərin qiyməti proqramın müddətindən asılı olaraq dəyişir.

Türkiyədə isə 2026-cı il rəsmi Həcc ziyarətinin minimal qiyməti təxminən 6 933 ABŞ dolları olaraq müəyyən edilib. Türkiyədə Həcc prosesi dövlət qurumu olan Türkiyə Prezident Administrasiyasının Dini İşlər İdarəsi tərəfindən tənzimlənir. Türkiyə sisteminin əsas fərqlərindən biri sözügedən idarə vasitəsi ilə istər İstanbuldan, istərsə də Ankaradan və ya ölkənin digər regional aeroportlarından uçmağınızdan asılı olmayaraq, seçilən otaq kateqoriyası üçün ödənilən məbləğ eynidir. Həmçinin, Türkiyədə Dini İşlər İdarəsi və özəl şirkətlər bu istiqamətdə birlikdə işləyirlər. Həmin şirkətlər idarəyə bağlı olsa da, püşkatma yolu ilə zəvvar özəl şirkət və rəsmi qurumu seçə bilər.

Azərbaycanda Həcc ziyarəti qonşu ölkələrdən NİYƏ BAHADIR? - SƏBƏB AÇIQLANDI

Gürcüstanda isə Həcc ziyarəti sistemi Türkiyə və Azərbaycandan tamamilə fərqlidir, daha sərbəst və ucuzdur. Gürcüstan Müsəlmanlar İdarəsi Səudiyyə Ərəbistanı ilə kvota və rəsmi protokolları tənzimləyir, lakin zəvvarların qeydiyyatı və səfəri əsasən idarə ilə koordinasiyalı şəkildə işləyən rəsmi və özəl turizm şirkətləri, agentlikləri tərəfindən həyata keçirilir. Gürcüstandakı turoperatorlar əsasən Türkiyənin agentlikləri və ya birbaşa Səudiyyə Ərəbistanındakı yerli xidmət təminatçıları ilə müqavilə bağlayırlar. Bu da rəqabəti artırır və qiyməti endirir.

İranın Həcc və Ziyarət Təşkilatının məlumatına əsasən isə adi ziyarət qruplarında bir nəfərlik qiymət təxminən 1 411-1 647 dollar edir.

Xatırladaq ki, Azərbaycanda Həcc missiyasına aidiyyəti orqan yalnız Qafqaz Müsəlmanlar İdarəsidir və özəl tur şirkətlərinə səlahiyyət verilmir.

Onu da qeyd edək ki, bir müddət əvvəl, Məkkədə Qırğızıstan vətəndaşları üçün pulsuz otelin tikintisinə başlanılıb. Otel istifadəyə veriləndən sonra zəvvarlar və tələbələrin yerləşməsi nəzərdə tutulur. Qırğızıstan Prezident Administrasiyasının İnformasiya Siyasəti Xidmətinin rəhbəri Dayirbek Orunbekovun sözlərinə görə, yeni bina Səudiyyə Ərəbistanına gələn qırğızlar üçün, o cümlədən Həcc və təhsil üçün pulsuz yaşayış yeri təmin etmək üçün nəzərdə tutulub.

Mövzu ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, Həcc Elektron Sistemi rəhbəri Vüsal Cahangiri Oxu.Az-ın suallarını cavablandırıb.

Azərbaycanda Həcc ziyarəti qonşu ölkələrdən NİYƏ BAHADIR? - SƏBƏB AÇIQLANDI

– Vüsal bəy, Həcc qiymətlərinin bahalaşmasında hansı amillər rol oyanır və bu, hazırkı qiymətə əsas yaradırmı?

– Hazırda bizim təyin etdiyimiz qiymət keçən ilki ilə eynidir. Biz mətbuata da məlumat vermişik, ehtimal ola bilər ki, qiymətlər bahalaşsın.

-⁠ Qiymətlərin qonşu ölkələrdən baha olması hansı amillərlə əlaqədardır?

– Qiymətlər qonşu ölkələr İran və Rusiya ilə müqayisədə baha ola bilər. Lakin Türkiyədən, Mərkəzi Asiya ölkələrindən baha deyil və Avropa ölkələrindən ümumiyyətlə ucuzudur. Avropa ölkələrindən gələn zəvvarların xərcləri 10 min dollara, Mərkəzi Asiya ölkələrindən gələnlərin məsrəfləri isə 6 500-7 000 dollara yaxındır. Rusiya vətəndaşları üçün bu qiymət 5 000 dollar ola bilər, amma onların hotel səviyyələri çox aşağıdır. Çünki bu ziyarətdə xidmət paketləri – otellərin dərəcələri, yemək növləri, transfer növləri var və qiymətlər ona görə fərqlənə bilər. Onlar uzaq və ən aşağı dərəcələri hotellərdə qalırlar, bir otaqda 4-5 nəfər yerləşir və heç bir iaşə xidmətləri olmur. Ona görə də bizim qiymətdən 500-1 000 dollar aşağı ola bilər. Məsələn, hansısa ölkəyə turizm məqsədi ilə gedəndə belə, istədiyin məbləğə xidmət paketi seçirsən və qiymətlər də ona uyğun dəyişir. Bu da təbiidir. Amma bizim təyin etdiyimiz qiymət normaldır. Türkiyədə bu gün ən aşağı xidmət paketi bizim qiymətlərdən bir az bahadır. Yuxarı paketlər isə 7 000-8 000, hətta 10 000 dollara qədər dəyişir.

-⁠ Zəvvar baha qiymətə istədiyi VİP xidmət paketi ala bilər, yoxsa yalnız təklif edilən paketdən yararlanmalıdır?

– Bizdə xidmət paketi vahiddir və bir qiymətdir.

– Bəs, Həcc missiyasını yerinə yetirmək üçün tur şirkətlərinə niyə səlahiyyət verilmir və bu öhdəlik yalnız Qafqaz Müsəlmanlar İdarəsinə məxsusdur?

– Həcc unikal – geniş, ağır, çətin bir ziyarətdir. Onu hansısa şirkətlərə həvalə etmək olmur. Bu baxımdan, bu ziyarətə dövlət səviyyəsində, ən yüksək şəkildə nəzarət etmək lazımdır. Məsələn, biz zamanla şahid oluruq ki, bir çox ara şirkətlər vətəndaşları Həcc və Ümrə ziyarəti adıyla aldadıb maliyyə vəsaitlərini mənimsəyiblər. Digər tərəfdən, Azərbaycandan Həcc ziyarətinə bir o qədər də çox adam getmir ki, müxtəlif şirkətlər arasında da bölüşdürülsün. Vətəndaşlarımız əsasən ümrə ziyarətinə gedirlər. Lakin əsas səbəb hər bir halda təhlükəsizliklə bağlıdır.

Previous Post

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Next Post

Bakıda studio mənzillər bahalaşır – Qiymətlər

Bənzər yazılar

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26

Azərbaycanda cari ilin ilk 9 ayı ərzində 60819 uşağın doğumu qeydə alınıb. Elchi.az xəbər verir ki, bu barədə Teleqraf-a Ədliyyə Nazirliyindən...

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04

TƏBİB və Səhiyyə Nazirliyinin mütəxəssisləri Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasında stasionar müalicə alan 11 uşaqda müşahidə olunan dərman allergiyası...

Bakıda beynəlxalq tədbirə hazırlıqla bağlı bəzi yollarda nəqliyyatın hərəkətinin təlimi keçiriləcək

Bakıda beynəlxalq tədbirə hazırlıqla bağlı bəzi yollarda nəqliyyatın hərəkətinin təlimi keçiriləcək

09 Oktyabr 2026 - 18:48

15 oktyabr tarixində Bakıda keçiriləcək beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə nəqliyyat...

Sumqayıtda növbəti səyyar qəbul keçirilib

Sumqayıtda növbəti səyyar qəbul keçirilib

09 Oktyabr 2026 - 16:08

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun sakinlərlə növbəti səyyar qəbulu keçirilib. İcra Hakimiyyətindən Elchi.az-a verilən məlumata görə, şəhərin 1-ci...

Next Post
Bakıda studio mənzillər bahalaşır – Qiymətlər

Bakıda studio mənzillər bahalaşır - Qiymətlər

Kreml Ukrayna məsələsi ilə bağlı Aİ-yə qarşı ittihamlar irəli sürüb

Kreml Ukrayna məsələsi ilə bağlı Aİ-yə qarşı ittihamlar irəli sürüb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20
Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11
Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07
İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

09 Oktyabr 2026 - 23:01
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

09 Oktyabr 2026 - 22:59
“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

09 Oktyabr 2026 - 20:26
ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

09 Oktyabr 2026 - 20:22
Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

09 Oktyabr 2026 - 20:20
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

09 Oktyabr 2026 - 20:17
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13
Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26
Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

09 Oktyabr 2026 - 19:12
11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.