Donetskdə partlayış nəticəsində Gürcüstan konsulluğunun binasına zərər dəyib

🗓 22.08.2014 00:03 ✍️ "Elçi" qəzeti
Ukraynanın Donetsk şəhərində baş vermiş partlayış nəticəsində Gürcüstan konsulluğunun binasına zərər img1622752dəyib.
APA-nın “Georgia Online” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan XİN məlumat yayıb.
Məlumatda qeyd olunur ki, bina mərminin partlaması nəticəsində zədə alıb.
“İnsident nəticəsində Gürcüstan konsulluğunun əməkdaşları arasında xəsarət alan olmayıb. Gürcüstan XİN əvvəlcədən həyata keçirdiyi preventiv tədbirlər nəticəsində konsulluğunun əməkdaşları Donetsk şəhərini tərk edib”, deyə qurumdan bildirilib.
 

Bənzər yazılar