Daha iki İran casusu saxlanıldı

İranın molla rejimini təbliğ edən şəxslərin ifşası istiqamətində tədbirlər davam etdirilir. Elchi.az xəbər verir ki, bu haqda "Mouze" teleqram kanalı məlumat yayıb. Azərbaycanın hüquq-mühafizə orqanlarının bu istiqamətdə keçirdiyi əməliyyatlarla rəsmi olmayan məlumatlara görə 10-a yaxın şəxs saxlanılıb. Saxlanılanlardan ikisinin Mingəçevir sakini Elvin Nəzərov və Goranboy sakini Amil Dəmirov olduğu bildirilir. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.