Büdcəyə ödənilən verginin məbləği açıqlanıb

Vergilər Nazirliyi 2016-cı ilin 8 ayı ərzində büdcəyə daxil olan verginin məbləğini açıqlayıb.
Nazirliyin Analitik-informasiya şöbəsindən verilən məlumata görə, bu ilin yanvar-avqust ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 milyard 351 milyon 970 min manat vəsait daxil olub. Proqnoz tapşırığına 100,3 faiz əməl edilib. Hesabat dövründə 75806 vergi ödəyicisi qeydiyyata alınıb.