Trampın Putinə təhdidləri üzə çıxdı

2024-cü ildə Amerika lideri Donald Tramp prezidentlik kampaniyası üçün pul toplama tədbirində donorlara deyib ki, o, Rusiya prezidenti Vladimir Putini və Çin prezidenti Si Cinpin-i Ukrayna və Tayvana qarşı hərbi əməliyyat başlanacağı təqdirdə Moskva və Pekini “cəhənnəmdən bombalayacaqları” ilə hədələyib.
Elchi.az xəbər verir ki, səs yazısı CNN tərəfindən yayımlanıb.
Donald Trampın Vladimir Putin və Si Cinpinə qarşı təhdidləri 2024-cü il mayın 29-da məlum olub.Lakin yalnız indi CNN söhbətin səs yazısını dərc edib və onun respublikaçı ilə donorlar arasında Nyu York və Floridada keçirilən görüşü zamanı edildiyini qeyd edib. Jurnalistlər Coş Daus, Tayler Peycer və İsaak Arnsdorf səs yazısına giriş əldə edə biliblər.
Nuranə Məmmədova