Tramp Ukraynaya daha çox silah göndərmək istəyir

ABŞ prezidenti Donald Tramp daha bir Patriot hava hücumundan müdafiə sistemi göndərməyi düşünür.
Elchi.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən yazır.
"Ağ Ev Pentaqona Ukraynanı əlavə silahlarla, o cümlədən Patriot sistemi ilə təmin etmək variantlarını istəyib . Belə bir sistemin başqa bir yolla göndərilməsi Ağ Ev üçün mühüm addım olardı, çünki Tramp ilk dəfədir ki, Kiyevə keçmiş Bayden administrasiyasının icazə verdiyi məbləğdən artıq böyük silah sisteminin çatdırılmasını təsdiqləyir ".
Keçmiş Pentaqon rəsmisi qəzetə bildirib ki, Vaşinqton Ukraynaya üç Patriot sistemi, Almaniya daha üç, Avropa ölkələrindən ibarət konsorsium isə bir sistem göndərib. Ancaq burada da çətinliklər var, çünki "təmir problemlərinə görə hamısı eyni vaxtda işləmir".
Nuranə Məmmədova