Bu ölkədə meymunçiçəyinin yeni ştamı tapıldı

🗓 03.09.2022 00:14 ✍️ "Elçi" qəzeti
Bu ölkədə meymunçiçəyinin yeni ştamı tapıldı

Böyük Britaniyalı həkimlər meymunçiçəyinin yeni ştamına yoluxma halı aşkar ediblər.

Elchi.az xəbər verir ki, ilkin məlumata görə, Liverpul Kral Universitetinin xəstəxanasına çatdırılan yoluxmuş şəxs bu yaxınlarda Qərbi Afrika ölkələrindən birinə səfər edib.

Qeyd olunub ki, söhbət Böyük Britaniyada müşahidə olunan cari epidemiya üçün xarakterik olmayan ştamdan gedir.

Ümumilikdə, sentyabrın əvvəlinə Böyük Britaniyada 3,4 min meymunçiçəyinə yoluxma hadisəsi aşkar edilib.

Bənzər yazılar