Britaniya parçalanır
Baş nazir Devid Kameron şotlandları Böyük Britaniyanı parçalamamağa və Birləşmiş Krallıqdan
ayrılmağın əleyhinə səs verməyə çağırıb.
O, bunu “Deyli Meyl” qəzetinə verdiyi açıqlamasında deyib.
“Bizim ittifaq çox vacibdir. Onu parçalamayın”, - Kameron deyib.
Kemeron bildirib ki, Britaniya parlamentindəki partiya liderləri ilə Şotlandiyaya gedəcək və yerli əhalini müstəqilliyə səs verməməyə çağıracaq: “Bu məsuliyyətli vaxtda bizi eşitmələrini istəyirik. Biz seçicilərə onların qarşısında nə qədər vacib seçim dayandığını demək istəyirik. Bizim şotlandlara mesajımız sadə olacaq: “Biz istəyirik ki, siz qalasınız”.
Qeyd edək ki, sentyabrın 18-də Şotlandiyanın müstəqilliyi ilə bağlı referendum keçiriləcək. Əgər şotlandların əksəriyyəti müstəqilliyə “hə” desələr, Şotlandiya 2016-cı ilin martın 24-də rəsmən Böyük Britaniyadan ayrılacaq.
- See more at: http://axar.az/news/29010#sthash.6cBPINtq.dpuf
