Botanika İnstitutunda seminar başa çatıb

🗓 18.11.2014 13:15 ✍️ "Elçi" qəzeti
Botanika İnstitutunda seminar başa çatıb

13 noyabr 2014-cü il tarixində Bakı şəhərində Avropa Birliyində Birləşmiş Millətlər Təşkilatının Regionlararası shekilCinayət və Hüquq Tədqiqatları İnstitutunun (UNİCRİ) və AMEA Botanika İnstitutunun Bioloji məhsuldarlığın  fundamental problemləri şöbəsinin  təşkilatçılığı ilə “Bitki fitoplazmalarının molekulyar təyini”nə həsr olunmuş elmi-praktiki seminar öz işini başa vurub. 2 gün davam edən seminarda AMEA Botanika Institutu, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi  Elmi-Tədqiqat Əkinçilk və Tərəvəzçilik İnstitutları, Bakı Dövlət Universitetinin Biologiya və Ekologiya fakültələri, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Aqrobiznes Assosiasiyasından olan gənc alim və mütəxəssislər, doktorantlar və tələbələrin iştirakı ilə laboratoriya şəraitində “Bitkilərin fitoplazma xəstəlikləri” mövzusuna həsr olunmuş praktiki məşğələlər keçirilib. Sonda seminar iştirakçılarına sertifikat təqdim olunub. Qeyd edək ki, seminar akademik rəhbərlik etdiyi Cəlal Əliyevin r UNİCRİ-nin “Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində biotəhlükəsizliyin və biomüdafiə imkanlarının gücləndirilməsi“ proqramı çərcivəsində “Azərbaycana idxal olunan kənd təsərrüfatı bitkilərinin, toxumların müxtəlif xəstəliklərinin və GMO məhsulların molekulyar diaqnostikası“ adlı layihə əasasında baş tutub.

Bənzər yazılar