Bayramov: Azərbaycan Ukraynaya humanitar yardımı davam etdirəcək

🗓 25.05.2025 11:59 ✍️ "Elçi" qəzeti
Bayramov: Azərbaycan Ukraynaya humanitar yardımı davam etdirəcək
Azərbaycan keçmişdə olduğu kimi, hazırda da Ukraynaya humanitar yardımı edir və bu istiqamətdə fəaliyyətlərini gələcəkdə də davam etdirəcək. Elchi.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mayın 25-də Bakıda ukraynalı həmkarı Andrey Sibiqa ilə birgə keçirilən mətbuat konfrasında bildirib "Bu yardıma mina təmizləmə sahəsində dəstək və digər humanitar məsələlər daxildir. Biz bütün mövcud beynəlxalq platformalarda Ukraynaya dəstək göstərməkdə davam edəcəyik. Azərbaycan, həmçinin Romada keçiriləcək Ukraynanın bərpasına dair konfransda iştirak edəcək və bu prosesə öz töhfəsini verəcək", - XİN başçısı qeyd edib.  

Bənzər yazılar