Başına ağac düşən məşhur aktrisa öldü
“İnterfaks”ın verdiyi məlumata görə, məşhur amerikalı aktrisa Molli Qlinn dünyasını dəyişib. Aktrisa başına düşən ağacdan aldığı travma nəticəsində vəfat edib. Molli öz həyat yoldaşı ilə velosiped sürərkən, ağac aşaraq xanım Qlinnin üzərinə düşüb. Çikaqoda baş verən hadisə nəticəsində 46 yaşlı aktrisa dünyasını dəyişib.