Bakıda yaşayış binasında yanğın

🗓 11.08.2014 15:18 ✍️ "Elçi" qəzeti
Bakıda yaşayış binasında yanğın başlayıb.img1558258
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, hadisə paytaxtın Binəqədi rayonu, 5-ci mikrorayon, Cavadxan küçəsi 23 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən yaşayış binasında baş verən yanğının söndürülməsinə 3 yanğınsöndürən maşın cəlb edilib.
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
 

Bənzər yazılar